20 Oktyabr 2024 12:26
123
GÜNDƏM

Şuşada 32 il sonra ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.

Bu barədə Adalet.az-a TƏBİB-dən bildirilib.

Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr, boyu 54 sm olub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.