Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
May ayının 15-də tənqidçi- esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun “Hədəf”nəşrlər evinin dəstəyi ilə çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabının təqdimatı və imza günü keçirilib.
Departamentin müəllimi fil.ü.f.d. Qardaşxan Əzizxanlı təbdiri giriş sözü ilə açaraq, kitabın üstün məziyyətlərindən danışıb. Sonra kitabın müəllifi çıxış edərək, bu dərs vəsaitinitələbələrinə ithaf etdiyini bildirib, ümumilikdə postmodernizm və onun xüsusiyyətləri haqqında yığcam məlumat verib.
Professorlardan Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, departamentinmüəllimləri fil.ü.f.d. Zəminə Ziyayeva, fil.ü.f.d. Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun müəllimləri Pedaqoji təcrübə şöbəsinin müdiri fizika üzrə f.d. Həzi Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi fil.ü.f.d. Rəhman Quliyev, yazarlardanNərmin Kamal, Şərif Ağayar, Qan Turalı, Səxavət Sahil, Mübariz Örən, “Hədəf” nəşrlər evinin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir bu nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğulayıblar.
Tədbirin sonunda Ü.Babasoy kitablarını imzalayıb.
Digər Xəbərlər
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05
“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”
10 Sentyabr 2026 10:57


Bakı -°C

