Şəhid İsa Hüseynova həsr edilmiş tədbir keçirilib - FOTOLAR
İyul ayının 5-i Saatlı Mədəniyyət Mərkəzində vətənin qəhrəman, igid oğlu İsa Sahib oğlu Hüseynova həsr edilmiş tədbir keçirilib.
Tədbirdə “20 Yanvar” İB-nin sədri, eyni zamanda “20 yanvar iştirakçıları tanı və tanıt” layihəsinin rəhbəri Sultan Əzimzadə, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, şəhidin anası Vüsalə Hüseynova, polkovnik, müharibə veteranı, 20 Yanvar İB sədr müavini Xətai Baxışov, polkovnik, müharibə veteranı, 20 Yanvar İB sədr müavini Hikmət Ağayev, şagirdlər, gənclər, yerli əhali iştirak edib. Tədbirdə çıxış edənlər şəhid İsa ilə bağlı xatirələrini bölüşüblər, onun necə vətənpərvər bir gənc olduğunu xüsusilə vurğulayıblar. Tədbir zamanı layihə çərçivəsində hazırlanıb çap olunmuş kitabçalar paylanılıb.
Daha sonra şəhidin məzarı ziyarət olunub.
Digər Xəbərlər
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30
Azərbaycan idmanı dayanıqlı inkişaf yolunda
26 Dekabr 2025 09:10


Bakı -°C

