Dünyada hər insanın bir yolu olur. Savadlı, ziyalı, ağıllı insanlar işıqlı yolu seçirlər və bu yol millətə, dövlətə , xalqa xidmət yoludur.Bu yolu isə getmək elə də asan deyil. Çünki bu yolun enişi, yoxuşu var.Və bu yolun həm də boranı, qarı olur. Saf, təmiz, əqidəli insanlar bu yolda hər bir çətinliyə dözür və əvvəl- axır mübarizə apararaq istəyinə qovuşur. Hətta onları haqq- ədalət yolunda mübarizədə ölüm belə qorxutmur. Çünki onlar yaxşı bilirlər ki, bu yolun sonu işıqdır, haqdır, ədalətdir!
Mən qırx ilə yaxındır ki tanıdığım, böyük ziyalı, son dərəcə sadə və səmimi insan, millət vəkili, " İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə də belə bir işıqlı yolla addımlayır. O, bu, zirvəyə ucalan qədər çox çətin və ağır bir yol keçib. Ölkənin ən ağır vəziyyətində haqqın, ədalətin yanında olub, nə ölümdən, nə də həbsdən qorxub. Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gətirən " 91"lərdən olub. Həmin dövrlərdə " 91" lərdən biri olan BDU-nun professoru və mənim müəllimim, böyük ziyalı İsgəndər Quliyev Heydər Əliyevi müdafiə etdiyinə görə , ölümlə hədələnirdi və eləcə də Vüqar müəllim. Amma mövcud hakimiyyətin bu hədə- qorxuları Heydər Əliyevsevərı tutduğu yoldan döndərə bilmədi. Çünki " 91" lər xalqın ürəyindən xəbər verirdilər. Saf , təmiz insanları Azərbaycan xalqı da çox sevir. Aydındır ki, Vüqar müəllimi də, bu məziyyətlərə və dəyərlərə görə , biz hamımız çox istəyirik...
Çünki Vüqar Rəhimzadə üzdə neçə görünürsə, arxada da elədir. Allaha and olsun ki, bu yazımdan da Vüqar qardaşımızın xəbəri yoxdu. Ürəyimdən , içimdən gəldi, ona görə, qələmə alıram. Neçə vaxtdır yazmaq istəyirdim, cəsarət eləmirdim. Axır ki, bu gün ürəyimi başatmaq qərarına gəldim. Və bəzən biz insanlara paxıllıqdanmı, qısqanclıqdanmı sağlığında dəyər verə bilmirik. Çünki Vüqar Rəhimzadə kimi ziyalı , vətənpərvər insanlar hər cür diqqətə, sevgiyə layiqdir. Xalq şairi Cabir Novruz gözəl deyib:"Sağlığında qiymət verin insanlara".
Vüqar müəllimi mən ona görə çox istəyirəm ki, az- az adamda olan səmimiyyət bu kişidə var... Vüqar müəllimi ona görə çox istəyirəm ki, onun bir sifəti var... Və Vüqar müəllimi bir də ona görə çox istəyirəm ki, Prezidentinə, Xalqına, Dövlətinə sədaqətidir! Lap yadımdam çıxmamış deyim: Vüqar Rəhimzadəni qırx il bundan əvvəl neçə tanımışamsa, elə beləcə də sadə , səmimi olaraq qalıb. Hətta bir qədər də sadələşıb. Və bəlkə də bu sadəliyə görə, inasnlığın ən uca zirvəsinə gəlib çıxıb.Xalqını , millətini sevən adamlar həmişə bir qartal kimi bu ucalıqda, bu zirvədə dayanmağı bacarırlar. Ucalığın mübarək, Vüqar Rəhimzadə!!!