21 Fevral 2025 14:46
154
SAĞLAMLIQ

 Kardiologiya şöbəsi niyə yoxdur?  

Azərbaycan  ürək xəstəliyinə  görə, dünyada öncül yerlərdən  birini  tutur. Ümumiyyətlə, bu gün  ürək və diabet xəstəliyi  bəşəriyyətin ən böyük bəlalardandır. Ona görə də, dünyada bu xəstəlikləri qarsı  səhiyyə sistemi ciddi mübarizə aparır.

Ölkəmizdə də, bu gün ürək xəstəliyi ilə əlaqədar olaraq ən müasir tibb mərkəzləri, xəstəxanalar  fəaliyyət göstərir. Həmin tibb ocaqları yeni avadanlıqlar və    texnika ilə təchiz edilib. Və o da sevindiri haldır ki, mürəkkəb və çətin  ürək əməliyyatları o mərkəzlərdə uğurla aparılır.

Çünki ölkəmizdə xarici məmləkətlərin həkimlərinən geri qalmayan kardio- cərrahları, kardioloqları var. Bunlar hamısı çox gözəl! Amma  narahatedici  fakt odur ki,  kardioloji xəstəliyin yüksək sürətlə artığı bir vaxtda  bir çox rayonlarda  kardiologiya şöbəsi yoxdur. Aydındır ki, bu da müəyyən problemlər yaradır. Füzuli rayon Mərkəzi Xəstəxanasında da  bu gün kardiologiya şöbəsi  fəaliyyət görtərmir.  Bir  vaxtlar Füzuli rayonu Mərkəzi Xəstəxanasında  kardiologiya şöbəsinin müdiri işləmiş, indi isə   Bakı şəhərində  Kardiologiya  İnstitutunda  kardioloq işləyən , tibb elmlər namizədi Rafiq  Yusifli deyir ki,  vaxtı ilə  rayonda belə bir şöbə vardı və mən də orda çalışırdım.O vaxtlar bu qədər kardioloji xəstə yox idi. Neçə olur ki, indi xəstələrin çoxaldığı bir vaxtda şöbə fəaliyyət göstərməsin?  Elə xəstələr var ki, hər cür şərait olan şöbədə müalicə olunmalıdır, amma şöbə yoxsa onlar digər şöbələrdə  müalicə olunmalıdır.

Bu isə yetərli deyil. Düşünürəm ki, rayonda bu şöbə yenidən  fəaliyyət göstərməlidir. Hər halda bir addım nə qədər tez atılsa, bir qədər müsbət təsiri olar! Füzuli rayon Mərkəzi Xəstəxanasının  sabiq baş həkimi, Prezident İlham Əliyev tərəfindən " Tərəqqi medalı" ilə təltif edilmiş, indi isə həmin xəstəxanada  kardioloq- həkim işləyən, gözəl ziyalı Natiq Şükürov deyir ki, bu gün Füzulidə kardioloji xəstələr əvvəlki vaxtlara nisbətən daha çoxdur. Və xəstəxanada  mənimlə bir yerdə daha iki kardioloq- həkim var. Ağır xəstələrimiz olur, məcbur olub, həmin xəstələri terapiya şöbəsində müalicə edirik. Hansı ki, həmin xəstələr kardiologiya şöbəsinə müalicə almalıdırlar. Natiq həkimin sözünə qüvvət olaraq deyə bilərik ki, bu gün Füzuli xəstəxanasına kardiologiya şöbəsinin açılmasına böyük ehtiyac var. Üstəlik orada artıq üç kardioloq- həkim də  işləyir. Ona görə də TƏBİB və digər adiyyatı qurumlar bu barədə  cıddi düşünməli və problemi tez bir zamanda həll etməyə çalışmalıdır!