21 Fevral 2025 12:28
121
SAĞLAMLIQ

TƏBİB: 24 nəfər təcili tibbi yardıma müraciət edib

Qarlı hava ilə bağlı təcili yardıma müraciətlərin sayı açıqlanıb.

TƏBİB-dən Adalet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi ) müraciəti qeydə alınıb.

Onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 1 nəfər isə hospitalizasiyadan imtina edib.