Əlisəmid Kürü ölməyə qoymayaq...- Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
105 | 2025-09-27 14:23

İstedadlı şair Əlisəmid Kürlə  tanışlığımızın, dostluğumuzun tarixi 45 ildən çoxdur. Və bizi uşaqlıq və tələbə dostum böyük şair Vaqif Bəhmənli tanışı edib. Bir dəfə Vaqif Bəhmənli ilə İncəsənət İnstitutunda( İndiki Mədəniyyət və İncəsənət Universitetində) görüş keçirilirdi.

Görüşündə təşkillatçısı professor, rəhmətlik Taryel müəllim və Əlisəmid Kür idi. Onu da deyim ki, tələbələrlə olan bu görüs çox möhtəşəm keçdi. Və alqışlar kəsilmək bilmirdi... Nə isə...  Elə o vaxtdan Əlisəmid dostluğumuz başladı... Və biləndə ki, Vaqif Bəhmənlinin yaxın qohumuyam , mənə olan hörməti ikiqat artdı...

O illərdə çox tanınmış şair və yazıçı Vaqifə görə, mənə hörmət bəsləyirdilər. Mən də təbii ki, o etimadı doğruldurdum... Əlisəmidin həm özü , həm də poeziyası heç kimə bənzəmir, ancaq özünə oxşayr... O, nadir şairlərdəndir ki,  kiminsə" quşun" götürməyib,hansısa, vəzifəli şəxsin qarşısında əyilməyib. Haqsızlığa, ədalətsizliyə  qarşı həmişə üsyan edib və hətta bilib ki, buna görə onu incidəcəklər.

Çox xalq şairinin,xalq yazıçısının deyə bilmədiyi həqiqəti Əlisəmid Kür deyib. Və hansı vəzifədə olubsa, istedadlı gənclərə " yaşıl işıq" yandırıb. Xaqani Ayxanı istedadlı şair kimi çoxları tanıyırdi, amma çap eləmirdilər... Əlisəmid qabağa düşdü, mücadilə apardı və onu  Azərbaycan oxucularına tanıtdirdı! Onlarla belə fakt gətirə bilərəm ki, Əlisəmid Kür istedadlı gənclərə  təmənnasız  arxa durub. Tez- tez Aqil Abbasın yanına gəlirdi və Aqil müəllim də onun problemlərini həll edirdi.

Sonra da o, Aqil Abbası öpüb, " dədə, çoxsağol",- deyirdi!  Son bir neçə aydır ki, Aqil müəllimin yanına gəlmirdi. Sən demə, səhhətində problemlər varmış.Onu ağır vəziyyətdə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə çatdırıblar. Bir neçə gün sonra isə Klinik Xəstəxananın reanimasiya şöbəsinə köçürüblər. Onunla ilk maraqlanan dostumuz və qardaşımız , Avrasiya Beynəlxalq Mətbuat Fondunun sədri Umud Rəhimoğlu olub.

Xəstəxanan baş həkimə ilə istedadlı şair Əlisəmid Kürü ziyarət edib. Umud müəllim deyir ki, onun səhhətinə müsbət irəliləyiş hiss olunur və dualarımızı şairdən əsirgəməyək. Əlisəmid Kürün səhhətinin ağırlaşması tək onun ailəsinin deyil, ədəbi- ictimaiyyətı də çox narahat edib. Ona görə ölkənin ölkənin tanınmış ictimai - siyasi xadimləri, ziyalıları, şairləri, yazıçıları  Əlisəmid Kürün nəzarətə götürləməsi üçün Birinci vitse prezident, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya müraciət ediblər.

 Çünki Mehriban xanım səhhətində problem olan bütün ziyalılara, şairələrə , yazçılara, sənət adamlarına  kömək edib.     Əlisəmid Kürün bir misarası yadıma düşür:" ... Adam cibindən üşüyür..." Bu dəfə Əlisəmidin cibi yox, ürəyi, qəlbi , iç dünyası üşüyür...

Gəlin, onu üşüməyə, ölməyə qoymayaq!!! Öncə Əlisəmidə Allah kömək eləsin və qardaşımız Umud Rəhimoğlunun  sözünə qüvvət dualarımızı ondan əksiltməyək!!!

TƏQVİM / ARXİV