TDT-dən Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım...

Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq.
Adalet.az xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) X sosial şəbəkəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycana dəstək paylaşımında yer alıb.
"Bu gün biz Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi, müasir tarixin ən faciəli və vəhşi əməllərindən biri olan Xocalı soyqırımının 33-cü ildönümünü qeyd edirik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Bu anım günündə bir daha Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğumuzu vurğulayırıq", - paylaşımda deyilir.
Digər Xəbərlər

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

"Türkiyə hər zaman Azərbaycanın yanındadır" - Hakan Fidan

Parlamentdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüş keçirilib

İnsanlığa qarşı tarixi cinayət

Xocalı faciəsi insanlıq adına qara ləkədir - Birol Akgün

Eks nazir: "Paşinyan Qarabağdan gələn ermənilərə niyə ev tikmir?"

ABŞ səfirliyindən Xocalı faciəsi ilə bağlı PAYLAŞIM
