adalet.az header logo
  • Bakı -°C

Tramp İrana zərbə endirə bilərmi? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
244 | 2026-01-15 10:58
A- A+

İranda davam edən dövlət əleyhinə etirazlar fonunda ABŞ prezidenti Donald Tramp bir neçə dəfə çıxışlarında bəyan edib ki, molla rejimi tərəfindən etirazçılara qarşı zor tədbiq edilərsə, İrana zərbə endirilə bilər.

 ABŞ prezidenti həkə altı ay əvvəl İran İslam Respublikasının nüvə obyektlərinə aviazərbələr endirilməsi əmrini vermişdi. İndi isə, uğurlu Maduro əməliyyatından sonra, Tramp İran etirazlarına müdaxilə edə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, Ağ Evin rəhbəri bununla bağlı bir neçə bəyənat verərək bildirib ki, Vaşinqtonun İranla bağlı bir neçə variantı var. Etirazlar güclə yatırılması dinc vətəndaşlar arasında çoxsaylı tələfata səbəb olarsa, onda ABŞ tərəfindən hərbi müdaxilə gözlənilə bilər.

Rəsmi Tehran isə, Birləşmiş Ştatları hədələyərək bəyan edib ki, əgər onlar etirazçıların tərəfində durarsa, ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə hücum edəcək.

Trampın son çıxışından belə qənaətə gəlmək olar ki, ABŞ etirazçılara təkcə sözlə yox, həm də əməli ilə dəstək olacaq. "Kömək artıq yoldadır"-deyə bəyan edən Dinald Tramp, həmçinin vurğulayıb ki, İran rəhbərliyi ilə danışıqlar aparmaq fikirində deyil və əvvəlki aparılan müzakitələri də dayandırır.

 ABŞ administrasiyası, son zamanlar baş verənləri,  hərbi və siyasi nöqteyi nəzərdən uğurlu hesab edir. Bundan başqa, yaxın günlərdə Venesuela prezidentinə qarşı keçirilən hərbi əməliyyatda onlarda inam yaradır. Onlar üçün "Amerika hər şeydən üstündür" şüarı hələ də aktuallığın saxlamaqdadır.

Lakin, Tramp İran hakimiyyətinə başqa variantlarlada təyziq edə bilər. Məsələn, hökumətin rəqəmsal servislərinə qarşı kiberhücumlar təşkil edə bilər. Etirazçıların internetə girişlərini təmin edə, hakim dairələrə qarşı psixoloji kampaniyalar apara bilər.

Bütün bulara baxmayaraq, ABŞ-in təyziq və təhdidlərinə cavab vermək üçün, İran hakimiyyətinində əlində müəyyən kozırlar var.  məsələn Ərəb ölkələrində neft və qazın daşınmasının qarşısinin alınması üçün, Hörmüz boğazını bağlaya bilər ki, bu da, dünyanın enerji bazarına təsisirsiz ötüşməz. Nəzərə almaq lazımdır ki, təkcə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu boğazdan keçməklə gündə 13 milyon barrelə yaxın nefti dünya bazarına çıxarır. Onların dəniz daşlnmalarından imtina etməsi, dünya bazarında neftin qiymətlərinin bahalaşmasına səbəb ola bilər ki, bunu da Trampın enerji qiymətlərinin endirilməsi sitasətinə zərbə kimi qiymətləndirmək olar.

Hazırda Trampın ritorikasını sərtləşdirməsi, dünya bazarlnda Brend markalı neftin 10 faiz qalxmasına səbəb olub. Ona görə də, hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini söyləmək heç də asan olmayacaq...


 

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV