"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs ilə görüş keçirilib
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Ulduz" jurnalının baş redaktoru, Azərbaycan Respublikasının prezident təqaüdçüsü, əməkdar jurnalist, şair Qulu Ağsəs ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə şəhid ailələri, Xəzər rayon MKS-nin fəal oxucuları, Binə qəsəbəsində yerləşən 149, 121 və 292 nömrəli məktəbin müəllim və şagird kollektivi, 24 saylı musiqi məktəbinin müəllim və tələbələri və Binə mədəniyyət mərkəzinin üzvləri iştirak edib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qulu Ağsəsin yaradıcılığı haqqında slayd nümayiş etdirilib.
Görüş zamanı Qulu Ağsəs izləyicilər tərəfindən verilən sualları cavablandırıb və “Şuşa” adlı yeni şeirini səsləndirib.
Qeyd edək ki, kitabxana mütəmadi olaraq şair, yazıçı və incəsənət xadimləri ilə görüşlər keçirir.
Digər Xəbərlər
29 Dekabr 2025 13:01
Rəşat Kəsəmənli: “Kaş mən də bu sənətdə atam kimi iz qoya bilim”
29 Dekabr 2025 11:00
HƏMRƏYLİK GÜNÜ MİLLİ BİRLİK, VƏTƏNƏ BAĞLILIQ HİSSLƏRİNİ ÖZÜNDƏ TƏCƏSSÜM ETDİRİR
27 Dekabr 2025 11:48
“Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor orden-medal, fəxri ad davası edirsə...”
25 Dekabr 2025 15:48


Bakı -°C

