“Unibroad” təhsil platforması dünyanın ən yaxşı startapları sırasında
Azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın ən yaxşı təhsil startapları arasında yarımfinalda qalib olaraq London şəhərində “Microsoft”, “Meta”, “Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib.
Bu barədə Adalet.az-a “Unibroad” təhsil platformasından məlumat verilib. Bildirilib ki, startap öz uğurunu davam etdirərək “DOHE GLOBAL” təhsil startapları ekosisteminin layihə portfelinə seçilib. Sinqapur, Filippin və Avropada fəaliyyət göstərən “DOHE GLOBAL” təhsil sahəsində ən uğurlu layihələri seçməklə 20 həftəlik təlim proqramından sonra startapı investisiya mərhələsinə çatdırır və təhsil sahəsində bir çox yenilikləri dəstəkləyir.
Qeyd edək ki, 2022-ci ildən qlobal startap kimi bazara daxil olan və azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın 600-dən çox universiteti ilə birbaşa müqaviləsi olan və tələbələr üçün tamamilə ödənişsiz əsaslarla xidmət göstərən startapdır. Startapın əsas hədəfi gənclər üçün təhsili əl çatan və sərhədsiz etməkdir. “Unibroad”, eyni zamanda, Azərbaycanda KOBİA tərəfindən rəsmi startap şəhadətnaməsi almış platformadır.
Digər Xəbərlər
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

