Vətən aşiqi Məmməd Araz - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
4310 | 2023-10-14 11:27

Vaxt vardı, şairlər bu xalqın dərdini öz şəxsi dərdi kimi yana-yana yazırdı, dərdin böyüklüyündən ürəyinə ağrı, gözlərinə qan gəlirdi! Hər misra bir dərd hayqırırdı, şairin qəlbi kimi... Belə, ürəyi xalqı üçün, vətəni üçün xalqının -vətəninin saysız -hesabsız dərdləri üçün yanan, kül olan şairlərdən biri də MÖHTƏŞƏM MƏMMƏD ARAZ idi.

Bu gün böyük şairimiz Məmməd Arazın doğum günüdür. Onun anadan olmasının 90-cı ili tamam olur.

Bu millətə nə verdik ki?

Bu millətə nə verdik ki?

Kimsə qapdı ziyasını,

Kimsə pozdu sırasını,

Duzla yuduq yarasını,

Xörəyinə duz vermədik.

Bu millətə nə verdik ki?

 

İnamını noxtaladıq,

İnadını axtaladıq,

Var-yoxunu qarmaladıq,

Bir çeynəm saqqız vermədik.

Bu millətə nə verdik ki?

 

Halal tikə qənddi, - dedik,

Yoxsuluna dərdli, - dedik,

Kasıbına mərddi, - dedik,

Mərd kasıba qız vermədik.

Bu millətə nə verdik ki?

 

Çiyninə mindik, - öyrəşdi,

Bir dillə min dil öyrətdik,

Neçə fəndi-fel öyrətdik,

Milyon aldıq, yüz vermədik.

Bu millətə nə verdik ki?

 

Biz səhv etdik, batdı qana

Millət ata, millət ana,

İllacı qalsın bir yana,

Dərdi də ucuz vermədik.

Bu millətə nə verdik ki?

 

Bu millətin səbri böyük,

Dözür: dözüm həddinəcən,

Dözür: dözüm səddinəcən,

Dözür: dözüm xəttinəcən...

Sonra... daha sonra olmur,

Sonra qara tufan olur,

Sonra "qullar dünyasının

İntiqamı yaman olur"...

 

Allah sənə rəhmət eləsin, Vətəninin şairi, xalqının şairi! Bu vətən, bu xalq səni unudarmı?

P.S. Çox təəssüf edirəm... Rusiyanın Qarabağda casusu olmuş Molla Pənah Vaqifin 2017-ci ildə 300 illik yubileyi dövlət səviyyəsində keçirildi. Vətən aşiqi Məmməd Araz 90 yaşında yada düşmədi.....

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV