20 Sentyabr 2023 11:33
833
ƏDƏBİYYAT

Xalq şairi: “Əgər hansısa bir siyasi partiya lideri bunun əleyhinə danışsa...”

“Cənab Prezident ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə söhbəti zamanı bildirdi ki, biz öz ərazimizdən təxribatçıları təmizləyirik. İndi mən sual verirəm və soruşuram ki, necə olur Rusiya dövləti Vladimir Putinin göstərişi ilə 15 il bundan qabaq atiterror əməliyyatı keçirmək üçün yanvar ayının 1-də Qroznu şəhərini bombaladı. Necə olur ki, Rusiyanın öz ərazisində ərazi bütövlüyünü qorumaq üçün Çeçenistanda olan silahlı birləşmələri məhv etməyə haqqı var, amma Azərbaycanın ərazisində yaşayan terrorçu erməni qruplaşmalarını məhv etməyə haqqı yoxdur?”

Bunu Adalet.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. Xalq şairi daha sonra bunları deyib:

“Düz edir, mən Cənab Prezidenti alqışlayıram. Bu işi qurtarmaq lazımdır. Rusiyada cəmisi 2 min, Qarabağda isə 40 min erməni yaşayır. Gedin Krasnodar şəhərində, Fransada özünüzə dövlət qurun da. Elə zəli kimi Azərbaycanın yaxasından yapışmısınız. Mən Mərkəzi Komitədə işləyəndə 1988-ci ildə bu hadisələr başladı. Onda dedim ki, bu məsələ ən azı 20 il çəkəcək və ermənilər bu yolda 100 min baş qoymasa düzələn deyillər. Veliçko yazır ki, “erməni təxribatçıları elə ki, görürlər erməni “xalqı” bir az varlanıb, dirçəlib bir qarışıqlıq salırlar, terror törədirlər, pullarını əlindən alıb aradan çıxırlar və camaat da çarəsiz qalır”. 

Heç narahat olmayaq 2028-ci ildə Ermənistan tamamilə boşalacaq. Veliçkonun yazdığına görə onların bir yerdə məskunlaşması 200 ildir. Birinci əlli illikdə quzu kimi sakit yaşayırlar, ikini əlli illikdə qızları yerli xalqa verib onlardan döl tuturlar, üçüncü əlli illikdə qudururlar, oğurluq edirlər və dördüncü əlli illikdə isə müharibə edib aradan çıxırlar. 
Hesab edirəm ki, bu gün antiterror əməliyyatı ilə bağlı hər hansısa bir siyasi partiya lideri bunun əleyhinə danışsa, birbaşa Azərbaycanın düşmənidir.Azərbaycan xalqının ümummilli maraqlarının əleyhinə getdiyinə görə həmin adam həbs edilməlidir. 
Allah Qarabağda döyüşən hərbçilərimizi qorusun, şəhidlərimizə rəhmət eləsin və Azərbaycan dövlətini daim bərqərar etsin”. 

Vasif Əlihüseyn