adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 May 2020 17:29
48291
LAYİHƏ

Xanəgah

(əvvəliötən sayımızda)

Ortaəsr qaynaqlarında F.Nəiminin Təbriz, Şiraz, Astrabad və Məşhəddə doğulmasıhaqqında fikirlər vardır. Görünür, F.Nəimi hələ erkən vaxtlardan sufizmin mərkəzinəçevrilmiş Xorasan vilayətinin Məşhəd şəhərində anadan olmuş və ya orada təhsilalaraq kamilləşmiş, sufizm ideyalarını mənimsəmiş və öz ideyalarını yaymaq üçünAzərbaycana gəlmişdir.

Teymurilərtərəfindən təqib olunduğundan Naxçıvanda Miranşah tərəfindən tutularaq Əlincədəedam edilmişdir. Tərəfdarları isə onun cənazəsini Əlincəqalanın yaxınlığında dəfnedərək qəbrini ziyarətgaha çevirmişlər. Yerli əhali isə qəbri onun gəldiyiyerin adı ilə "Xorasanlı Şeyxin qəbri", "Xorasandan gəlmişŞeyxin qəbri" kimi tanımışdır. Sonralar isə bu ad dəyişilərək "ŞeyxXorasan" şəklinə düşmüşdür. Məşhur alim, AMEA-nın müxbir üzvü MəşədixanımNemətin 2001-ci ildə nəşr etdirdiyi "Korpus gpiqrafiçeskix pamətnikovAzerbaydjana" kitabının III cildində üç ədəd mərmər kitabə parçalarıhaqqında məlumata rast gəlirik. Alim yazır ki, bu kitabə parçaları vaxtiləfilologiya elmləri namizədi Ə.Hüseyni tərəfindən Əlincəqala ətrafında qeydəalınmışdır. Mərhum Ə.Hüseyni bu kitabə parçalarının hürufilik təliminin banisiF.Nəimiyə məxsus başdaşının parçaları olması fikrində olmuşdur. Sonralar Bakı ŞəhərTarix-Memarlıq Abidələrinin Bərpası və Mühafizəsi İdarəsinin əməkdaşları bukitabə parçalarının fotosunu tarix elmləri doktoru M.Nemətə təqdim etmiş, o isəhəmin kitabələri oxuyaraq nəşr etdirmişdir. Kitabə bütöv olmadığı və bir hissəsiitdiyi üçün onun mətnini tam oxumaq mümkün olmamışdır. Süls xətti ilə ərəbdilində həkk edilmiş kitabənin mətni belədir: "Hər kəs ölümü dadacaqdır!("Qurani-Kərim" XXIX - 57). Bu bağça mərhum, günahları bağışlanmış,kamil və fəzilət sahibi alim, təriqət yolu ilə gedənlərə ("salik əl-məsalik")doğru, aşkar yol göstərən, dinin Günəşi (Şəms əd-Din), padşah… - Allah onun qəbrininurlandırsın - çərşənbə axşamı günündə öldü…"

Kitabənintarixi qalmamışdır. Mətndə mərhumun adına əlavə edilən və sufi təriqətibaşçılarına, xanəgah rəhbərlərinə verilən "Şeyx" titulu, həmçininkitabədə qeyd olunan "təriqət yolu ilə gedənlərə (salik əl-məsalik) doğru,aşkar yol göstərən" sözləri mərhumun görkəmli sufi şeyxi olduğunu söyləməyəəsas verir. Heç də hər bir təriqət başçısının bu mərtəbəyə yüksələ bilmədiyini,eyni zamanda qaynaqların da təsdiq etdiyi kimi, F.Nəiminin çoxlu ardıcılı -müridi olduğunu nəzərə alsaq, başdaşının mərhum Ə.Hüseyninin F.Nəimiyə aidolması fikrindən yayınmaq olmur.

Xanəgahkompleksinə daxil olan türbə-məscidin mehrabının baş tərəfində irihəcmli daşa həkkedilmiş kitabə vardır. Ərəb dilində iki sətirdə incə və gözəl xətlə həkkedilmiş kitabənin mətni belədir: "Bu məqbərə mükəmməl, kamil, fəzilətsahibi alim, şeyx, hacıların və hər iki müqəddəs yerin (Məkkə və Mədinə)iftixarı, xalqlar içərisindəki tayfaların mürşidi, Allahı tanıyanların şeyxiHacı Lələ Məlikindir. Tikinti kəramətli, əzəmətli xatun Xond Bikə xatunun -onun isməti artıq olsun - səyi ilə doqquz yüz birinci ildə tamam oldu".

Qaynaqlartəsdiq edirlər ki, orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərənsufi təriqətlərinə rəhbərlik edən adamlar içərisində sufilikdə ən yüksək məqamaçatmış şəxsiyyətlər də olmuşdur. Belə şəxsiyyətlərdən biri kitabədə adıxatırlanan Şeyx Hacı Lələ Məlikdir. Kitabədə adına əlavə edilən titullar təsdiqedirlər ki, Şeyx Hacı Lələ Məlik sufiliklə ən yüksək məqama yüksəlmiş, bir müddətƏlincəçay sahilindəki xanəgahda fəaliyyət göstərən dərvişlərin rəhbəri - şeyxiolmuş, onlar vasitəsilə mənsub olduğu təriqətin ideyalarını yaymışdır.

Təriqətbaşçıları, xanəgah rəhbərləri olan şeyxlər ailə üzvləri ilə birlikdə Xanəgahkomplekslərinə daxil olan xüsusi yerlərdə yaşamışlar. Bu faktı əsas götürərəkehtimal etmək olar ki, ölümündən sonra onun xatirəsinə belə möhtəşəm bir türbə- məscid inşa etdirən Xond Bikə xatın Şeyx Hacı Lələ Məlikin arvadı olmuş vəonunla birlikdə xanəgahda yaşamışdır.

Keçənyüzilliyin 70-ci illərinin əvvəllərində xanəgahda bərpa işləri aparılarkənkompleksin şərq divarının yanından, torpağın altından dörd ədəd sənduqətipli qəbirüstüxatirə abidəsi aşkar edilmişdir. Bu abidələrin üzərində həkk edilmiş kitabələrinsayəsində xanəgahda yaşamış və fəaliyyət göstərmiş bir neçə sufi şeyxinin,onların ailə üzvlərinin adları aşkar olunaraq elmi dövriyyəyə daxil edilmiş,qeyd olunan ölüm tarixləri əsasında yaşadıqları dövr müəyyənləşdirilmişdir.

Xanəgahınətrafında abadlıq işləri aparılarkən aşkar edilən digər üç sənduqətipli qəbirüstüxatirə abidəsi Naxçıvan Dövlət Tarix Muzeyinə gətirilmiş və orada mühafizəedilir. Xanəgahın divarlarında qalan və ətrafda vaxtilə dəfn olunmuş təriqət mənsublarınınqəbirləri üzərində qoyulan xatirə abidələrinin üstündə həkk edilən məzar kitabələriburada sufi təriqətinin fəaliyyət göstərdiyini birmənalı şəkildə təsdiq edirlər.

Xanəgahdabərpa işləri aparılarkən torpağın altından bir ədəd inşaat kitabəsi aşkarolunmuşdur. Ağ mərmər lövhə (50 x 37 x 12 sm) üzərinə üç sətirdə nəsx elementligözəl süls xətti ilə ərəb dilində həkk edilmiş kitabə, əsasən, salamat vəziyyətdəqalmışdır.

Xanəgah kəndinin qərb tərəfində,Əlincəqalanın ətəyində son illərdə gözəl bir türbə aşkar edilmişdir. Türbəniniçərisində irihəcmli daşa (83x41x7 sm) dörd sətirdə süls elementli nəsx xəttiilə ərəb dilində həkk edilmiş kitabə saxlanılır.

Göründüyü kimi, Culfa bölgəsininmərkəzində yerləşən və orta əsrlər zamanı yaradılmış tarix-mədəniyyət abidələriilə çox zəngin olan Xanəgah kəndi həm də Naxçıvanda sufi ideyalarının çox genişyayıldığı yaşayış məskənlərindən olmuşdur. Xanəgah kompleksində fəaliyyət göstərəntəriqət mənsubları dərvişlər Naxçıvan bölgəsinin sosial-siyasi və ideoloji həyatındamühüm rol oynamış, xalq kütlələri ilə sıx təmasda olmuşlar. Onlar xüsusilə XIVyüzilliyin sonlarında ərazidə Teymurilərə qarşı baş verən narazılıqlara rəhbərliketmiş, bu mübarizənin ön sırasında dayanmışlar.

Sonrakı yüzilliklərdə də bu xanəgahöz fəaliyyətini davam etdirmiş, Səfəvi dövləti hökmdarlarına xidmət göstərərəkonların ideyalarının yayılmasında mühüm rol oynamışdır. Əldə olunan epiqrafikfaktlar bu xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyini tam qətiyyətlə söyləməyəəsas verir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.