Xəzərin dayazlaşması ilə bağlı Bakıda iclas keçirildi
BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində iclası keçirilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Adalet.az-a bildirilib ki, görüşdə Xəzər dənizinin dayazlaşmasının mənfi təsirlərini azaltmaq üçün birgə fəaliyyətin əsas istiqamətləri müzakirə olunub.
İclasda çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Xəzəryanı dövlətlər arasında ticarət dövriyyəsinin dayanıqlı artım dinamikasını qeyd edərək, bunun həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığını bildirib.
Baş nazirin müavini cari ilin fevralında Tehranda keçirilmiş III Xəzər İqtisadi Forumunun ticarət və qarşılıqlı investisiya həcmlərinin genişlənməsi, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Çıxışında ekoloji çağırışlara da toxunan Şahin Mustafayev su səviyyəsinin aşağı düşməsinin bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb.
Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub.
Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, səviyyə dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə proqramların həyata keçirilməsi zəruridir.
İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb.
Digər Xəbərlər
12 Sentyabr 2026 12:06
"Azərbaycan tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir" - Hikmət Hacıyev
12 Sentyabr 2026 11:22
“Ölkənin lideri dəyişən dünyada Azərbaycanın siyasi çəkisini artırır”
12 Sentyabr 2026 11:21
“Yəməndə Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələr məğlub olur”
11 Sentyabr 2026 22:00
Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
11 Sentyabr 2026 19:28
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
11 Sentyabr 2026 16:08
Hacıyevdən Əliyev-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA
11 Sentyabr 2026 14:13
“Yeni Dehli anlayır ki, Hindistanın inkişafı Qərblə sıx münasibətlərdən asılıdır”
11 Sentyabr 2026 12:33


Bakı -°C

