adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyul 2015 13:11
60751
RUBRİKA

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adlı dünyaxalqlarından seçilmiş hikmətli sözlərin budəfəki təqdimatında Afrika atalarsözləri olacaq. 

Afrika - böyüklüyünəgörə Avrasiyadan sonra ikinci materik olan Afrika "ən”lərin mövcud olduğuyerdir. Ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulugölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanınən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannasıbu materikdədir.

"Afrika"sözü materikin şimal-şərqində yaşamış "afriqi" tayfasından götürülüb.Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi,Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xəttivə sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.

Materik qədimQondvananın (superqitə Rodiniyanın parçalanmasından sonra cənub yarımkürəsindəyaranan və Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya, Yeni Zelandiya, həmçinin,Ərəbistan yarımadası, Madaqaskar və Hindistanı əhatə edən qədim geoloji qitədir.Qondvana qitəsi təxminən e.ə. 750 milyon və e.ə. 530 milyon illər boyu mövcudolmuşdu)

Afrika ən qədiminsanların yaşadıqları ərazidir. Əhalisi 3 irqə mənsubdur. Afrikanın ənucaboylu xalqı (180-220 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorialmeşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır. Afrikada Nilinsahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşmışdır. XX əsrin əvvəllərindəAfrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960- cı ildə 17Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il "Afrika ili” adlanır. Madaqaskaradasında isə monqoloid irqinə aid olan malaqasilər yaşayır. Afrikanın digəryerli xalqlarına bantular, ximilər, tutsilər, piqmeylər, nilotlar, buşmenlər,qotentotlar aiddir.



Bir az da Afrika atalarından: 

 

Kiçik hüznlərdanışar, böyük dərdlər lal olar.

Biri o biri qədərzəngin olunca, qardaşlar bir-birlərini sevərlər.

Atasız uşaqtavansız ev kimidir.

Bu dünya bizəatalarımızdan qalmadı. Biz onu uşaqlarımızdan borc aldıq.

Bir yalan nə qədərsürətli olursa olsun, həqiqət onu keçər.

Başının dincolmasını istəyirsənsə, arvadının bütün istədiklərini et.

Eşqin yumruğuüzüm kimi şirindir.

Əsl dostu iki əlinizləbirdən tutun.

Gündüzün birsaatı gecənin iki saatından yaxşıdır.

Heç bir mətbəxiki qadının yerləşəcəyi qədər geniş deyil.

Üzümüzün vəgözlərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir.

Yalnız bir dəlisuyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər.

Min an artıqyaşamaq min qızıla bərabərdir.

Həqiqəti də Günəşkimi ovucla örtmək olmaz.

Yaxşı şagird,ustası yoxkən bəlli olar.

Kiçik qazanclarsərvət gətirər.

Səndənuzaqlaşana qədər timsaha "yekəağız” demə.

Pələng ölür - dərisi,fil ölür - sümüyü, insan ölür - adı qalır.


Şəfiqə ŞƏFA