adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ALMANİYANIN BÖYÜKLÜYÜ

SEYFƏDDİN ALTAYLI
76474 | 2014-10-25 01:11
Universitetdə oxuyarkən həm müəllimlik edir, həm mənsubu olduğum millətçi təşkilatda fəaliyyət göstərir, həm oxuyur, həm də həftənin üç axşamı kunq-fu idmanı ilə məşğul olurdum. Universitet illərinə kimi həvəskar şəkildə ağırlıqqaldırma, güləş, boks kimi sahələrdə tər tökmüş və uzun illər futbol oynamışdım. İdmana qarşı xüsusi rəğbətim vardı. O vaxt kunq-fuya başlamağımı bir tələbə dostum tövsiyə etdi.
Bir gün qaldığım yataqxanaya yaxınlıqda olan idman klubunda kunq-fuyla məşğul olanların məşqçisiylə görüşmək qərarına gəldim. Gedib onunla tanış oldum. Zabit idi və bu idmanı Amerikada öyrənmişdi, həftənin üç gecəsi bu idmanı klubun davamçılarına öyrədirdi. Həddən artıq təvazökar, inamlı, istiqanlı bir insandı. Ondan bu idman barədə müəyyən məlumatları vərməsini xahiş etdim və maraqlandığımı bildirdim. Məşqçinin həmin söhbətdə söylədiklərini o vaxta kimi heç bir müəllimdən, idmançıdan və məşqçidən eşitməmişdim. Birinci cümləsində dəvədəlləyinin özündən böyük cücüləri nə cür ovladığını və niyə onlardan üstün olduğunu, malik olduğu qeyri-adi çeviklik və elastikiyyətin özünə qazandırdığı döyüş qabiliyyətini bütün təfərruatıyla mənə danışdı. Məşqçinin söylədikləri bir anda oxuduğum tarixi hadisələri, meydan müharibələrini gözümün qabağında canlandırdı. O müharibələrdə az bir qüvvə ilə düşmənin nəhəng ordularını çil cücəsi kimi dağıdan ulu babalarımızın döyüş qabiliyyətinin mahiyyətini daha yaxşı dərk etdim. Deməli, böyüklük sadəcə olaraq bədənin və ya canlı qüvvənin çoxluğu ilə ölçülmürdü, böyüklük tamamilə ayrı şeydi. Böyüklüyü yaradan özünüdərk, özünə inam, bilik və daimi inkişaf etdirilən texnika ilə o yolda uşaqlıqdan tutmuş yorulmadan işləmək hünəridir.
Mən hələ yaş yarımında olarkən rəhmətə gedən böyük bacımın yeganə varisi, bir qızı qalmışdı. Onu əmizadələrimdən biriylə əvləndirdik bu izdivacdan iki oğulları, iki qızları oldu. Kiçik qızı "Gökçən"in adını mən qoydum, o vaxtlar kənddə müəllim işləyirdim. Əmizadəm Almaniyaya işləməyə getdi, bacım qızı ilə uşaqlar bir müddət kənddə yaşamalı oldular, sonra onlar da Almaniyanın yolunu tutdular. Gökçənin toyu üçün yoldaşımla Almaniyaya getdik. Onsuz da 1990-cı illərdən bəridir deyilə bilər ki, daimi olaraq o ölkəyə getmiş və Münchən, Ştutgart, Nürnbərg xaricindəki bütün şəhərlərini gəzib-görmüşdüm.
Almanlar da digər Avropalı xalqlar kimi bizi sevmirlər desəydim yalan olmazdı, ancaq digər avropalılara baxanda bizə daha yaxındılar. Bunun da müəyyən səbəbləri var. Bəli, almanların şovinistliyi digər avropalılara nisbəttə daha artıqdır, bu səbəblə Avropanın o biri xalqları onlara yaxşı nəzərlə baxmır və onlardan qorxur. Birinci və İkinci Dünya müharibələrində təklənmələrinin səbəbi də digər Avropalı xalqların işğalçı Alman xalqından qorxmasına görədir. Almanların, xüsusilə Birinci Dünya Müharibəsində Osmanlı Dövlətinə yanaşması və müttəfiq olmasının səbəbi isə başını İngiltərənin çəkdiyi Antanta Dövlətlərinin almanları öz cərgələrinə qəbul etməyib xüsusilə Afrika və Asiyanı işğalda, Hindistan ticarət yolunun hakimiyyətinin ancaq İngiltərənin əlində qalması, ona heç kəsi şərik etmək istəməməsinə görə idi. Almanların Anadoludan Bağdada kimi çəkdiyi dəmiryol xəttinin də əsas səbəbi Almaniyanın bu yoldan istifadə ilə öncə ərəb yarımadasını, sonra da Afrikanı işğal etmə və Hindistan ticarət yoluna yiyələnmə siyasəti ilə bağlı idi. Deməli, onların Osmanlı Dövlətinə yanaşmasının səbəbi Osmanlıdan sui-istifadə edərək öz işğalçı siyasətlərini yeritmək imiş, ona görə bizə yanaşıblar. Atalar yalan yərə deməyib ayının yüz oyunu bir armudun başındadı.
İkinci Dünya müharibəsində dağılan Almaniya, 1960-cı illərdən başlayaraq Türkiyədən gücü-səhhəti yerində olan işçi qüvvəsini aparıb özlərinə işlətmələrinin səbəbi bizi sevmələrinə görə yox, Osmanlı kimi bir imperiyanın mirasçılarının son vaxtlarda üzünü Avropaya tutmuş tolerant, bacarıqlı və işgüzar qüvvəsini ayrı yerdə tapa bilmiyəcəklərini bilmələrinə görə idi. Nümunə üçün dəsək, hər hansı Afrika ölkəsindən aparacağı işçi qüvvəsi Türkiyədən apardıqları qədər Alman xalqına və dövlətinə bəhrə vərməz, verə bilməzdi, onlar bunu bildiklərinə görə bizə yanaşmışdılar. Bir digər amil də apardıqları əksəriyyəti savadsız, uzaqbaşı ibtidai təhsil almış insanları və onların övladlarını assimilə ədərək Almanlaşdırmağı fikirləşmələri idi. Bu işin onlar üçün asan və ya çətin olması isə ayrı şeydir.
Türkiyə, İkinci Dünya müharibəsinə daxil olmadı, ancaq Almaniya yerlə-yeksan olsa da 15 ildən sonra sürətlə dirçəlməyə başladı. Ölkə bu gün dünyanın üçüncü böyük iqtisadiyyatına malikdir və illik ixracatı 2013 rəqəmlərinə görə 1 trilyon 493 milyard dollardır. İkinci Dünya müharibəsinə qoşulmayan Türkiyənin ixracatı isə 167 milyard dollar, yəni Almaniyadan on pillə aşağıdadı. Almaniyanın energi istehsal edən 16 nüvə stansiyası var və ölkənin hər yanı zavodlarla doludur, Türkiyədə isə Almaniyada olan zavodların yarısı da yoxdur. Nüvə stansiyası isəg əhali sayımız eynidir, torpaqlarımız daha məhsuldardır, yeraltı sərvətlərimiz əvəzsizdir ancaq... İnsan istər-istəməz fikrə gedir; yaxşı unumuz var, yağımız, qəndimiz də var, bəs biz bu halvanı niyə çala bilmirik?! Onu da dövlət və hökumət böyüklərimiz fikirləşsin.
Kunq-fu trenerinin dəvədəlləyinin digər həşəratlara miqyasda niyə böyük olduğu misalı dövlətlər və millətlər üçün də qüvvədədir. Ölkələrin böyüklüyü onların yetkin kadrları, bu kadrların keyfiyyəti, malik olduqları elmi səviyyə və əldə etdikləri müasir texnoloji ilə ölçülür. Almaniya bütün bunlara malik olubdur, ölkələrinə baxdıqda insan qibtə edir. Sadəcə olaraq mal buraxmaq, işləmək, disiplindən güzəştə getməmək, qanunlardan kənara çıxmamaq, çıxanlara da lazımi cəzanı vərməklə kifayətlənmir, israfçılığa da imkan vermirlər. Bunu nəinki şəhərləri, kəndlərində belə tullantılardan istifadədən tutmuş şəhər və kəndlərinin küçələrində istifadə edilən lampalardan da müşahidə edəbilərsiniz. ən əsaslısı isə dövlətlərini gözlərinin giləsi kimi qoruyurlar. Onlarda "dövlətin malı dəniz, yemiyən donuz" ifadəsi yoxdur, ancaq bizdə var.
Bütün bu detallar göstərir ki, almanlar təlim-təhsil sistemlərini ən müasir səviyyədə qurublar və yeni nəsillərini də buna görə hazırlayırlar. Qəbul etdikləri qanunlar nöqsansız və güzəştsiz, kimliyindən, nəçiliyindən, şəxslərin mövqeyindən asılı olmayaraq tətbiq edilir, cızığından çıxan hər bir kəs onun cəzasını da görür. Türk dünyasında olduğu kimi, arxası, əmisi, pulu olanlara ayrı cür rəftar edilmir. Səriştəsi, biliyi, bacarığı olmayanlar heç vaxt bizdəki kimi, mənim partiyamdansan, mənim məzhəbimdənsən, əmim, dayım, bacıoğlumsan deyərək qabağa çəkilmir.
Şübhəsiz ki, Almaniyanı bugünkü səviyyəsinə çıxaran əsas amillər təlim-təhsilin müasirliyi və davamlılığı, qanunların güzəştsiz tətbiqi və həyatın hər sahəsindəki dissiplindir.
Mən ibtidai məktəbdə oxuyanda birinci sinifdəki dərsliyimizdə yazılmışdı: "Ali, yat-uyu, Ali yat-yat uyu". Allah rəhmət eləsin Mirzə Ələkbər Sabirə. "Hophopnamə"sində yazırdı, "Yat bala lay-lay, qal dala lay-lay".
Yatdıq və dünənik nökərlərimiz işıq sürətilə gəlib bizi ötüb keçdilər.
Haçan oyanacayıq ey hökumət başçılarımız, dövlət böyüklərimiz???



TƏQVİM / ARXİV