ABŞ Rusiya ilə bu məsələlərdə RAZILIĞA GƏLDİ

155 | 2025-03-25 20:53

Rusiya və ABŞ Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini və güc tətbiq edilməməsini nəzərdə tutan Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsini təmin etmək barədə razılığa gəliblər.

Adalet.az xəbər verir ki, Rusiya və Amerika nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqların yekunlarına dair müvafiq bəyanat Kremlin rəsmi Teleqram kanalında dərc olunub. 

"Rusiya və ABŞ prezidentləri arasında razılaşmaya uyğun olaraq, tərəflər Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi, kommersiya gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısının alınması və bu kimi gəmilərin yoxlanılması üçün müvafiq tədbirlərin təşkili daxil olmaqla “Qara Dəniz Təşəbbüsü”nün həyata keçirilməsini təmin etmək barədə razılığa gəliblər. Bundan əlavə, Vaşinqton Moskvaya Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsulları və gübrələrin Rusiya ixracının bərpasına kömək etmək , Rusiya banklarının beynəlxalq ödəniş sistemlərinə qayıtmasını asanlaşdırmaq və gəmilərə dəniz nəqliyyatını sığortalamaq hüququ ilə Qərb limanlarına səfər etmək imkanı vermək öhdəliyini götürüb", - məlumatda qeyd olunub. 

TƏQVİM / ARXİV