Ağ Ev: Rusiya və ABŞ Qara dənizlə bağlı razılığa gəliblər

154 | 2025-03-25 19:25

Rusiya və ABŞ Qara dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək və güc tətbiqini aradan qaldırmaq barədə razılığa gəliblər.

Adalet.az-ın məlumatına görə, bu barədə Rusiya və ABŞ ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə Ağ Evdən verilən yazılı açıqlamada bildirilib.

“ABŞ və Rusiya gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqini aradan qaldırmaq və Qara dənizdə hərbi məqsədlər üçün ticarət gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər”, - sənəddə qeyd edilir.

TƏQVİM / ARXİV