adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

Aqil ABBAS: BU DAŞ O DAŞDAN YUMŞAQDI…

AQİL ABBAS
96302 | 2020-08-18 18:00

Şükürlər olsun ki, sonzamanlar Operativ Qərargah bir çox məsələlərdə karantində yumşalmalar elədi və edir. Artıq kim hara istəyir və nə vaxt istəyirgedə bilər. Ayın 18-dən gecə saat10-a qədər kafe və restoranlarınaçıq alanlarında ürəyi istədiyi qədəryeyib-içə bilər. Alış-veriş mərkəzlərində gözlərinin qurdunu öldürmək üçün nə qədər istəyir gəzə, hələ pulu varsa istəyirpal-paltar da ala bilər.

Çimərliklər də ki, xalqın üzünə açıqdı, amma ora gərək o bahalı restoranlaraəvvəlcədən masa sifarişverirsən ey, onun kimi sifariş verəsən, ara məsafəsini gözləməkşərtilə.

Allaha şükür, avtobuslarımız da yaxşı işləyir, bashabas-filan yox, ara məsafəsigözlənilir, hamı da maskataxır. Və indi görürük ki,Bakıya heç metro dalazım deyilmiş, havayıdan milyardlarlapul töküb onu tikiblər. O pullara şəhərimizdə hərbir ailəyə biravtobus almaq olardı.

Qaldı rayonlara gedib-gəlmək. Əvvəla, day payız gəlir, rayonlarda nə var ey, Allah versin Bakıya. İkincisi də, inşallah, deyirlər yaxınlarda hovuza su daburaxacaqlar.

Məni qorxudan odur ki, birdən Operativ Qərargah kitabmağazalarının açılmasına izacə verər. Amandı, belə şey eləməyin. And olsun, o Qaloş pirinə,onda ikinci dalğa ölkəniyıxıb-sürüyər.

Bizim xalq kitab oxuyanxalqdı. Dünyada ən çox kitab oxuyanlar yaponlarsayılır, hətta onlar bu məsələdəbizə paxıllıq edirlər. Mağazalarda kitabüstündə bir bashabas, bir başyardı düşəcəkki…

Özü də kitabsevərlər o qədər də maskabaz deyillər. Maska deyəndəfikrinizə ayrı şey gəlməsin, söhbət tibbimaskadan gedir.

Özü də bu şair-yazıçı tayfası belədir ki, kitabları satıldı, əllərinə bir az pul keçdi,onda xoşagəlməyən şey haqqında fikirləşirlər. O boyda Dostoyevski gedib qoşulmuşdu dekabristlərə, Volter də hökuməti söyürdü.

Hörmətli OperativQərargah, nəyi yumşaldırsız-yumşaldın, lap istəyirsiz çay daşlarını da, amma kitabmağazalarında yumşalmaya qətiyyən yol vermək olmaz.

P.S. Daşların yumşaldılmasıdedim, yadıma bir anekdot düşdü.

Mən zarafatcıl adamam vəyumorlu adamam, dostlar-tanışlarbilir. Adam dolamaqdan da xoşum gəlir. Amma mənim özümü də birdəfə qəşəng dolayıblar.

Bir dəfə redaksiyanın bütün işçilərini (qadınlar istisna), bir 15-20 nəfər, yığıb aparmışdım Gəncəyə, şair Sücaətin oğluAzərin toyuna.

Ordan da getdik Toğanaya. Orda da bir babatoturduq. Yemək-içməkdən sonraayaqqabılarımızı çıxarıb, şalvarı da dizə qədər çirmələyib ayaqlarımızı sallamışıq Toğana çayına, elə bil cənnətdəyik.

Şöbə müdirimiz vardı OqtaySalamov (mən dedim-demədim yeri behiştdi), söz ustasıydı, çox güclü yumoruvardı.

Oturmuşam birçay daşı üstündə, ayaqlarımda Toğana çayında, Oqtay da məndən 3-4 metr aralıda oturub bir daşın üstə, ayaqlarını sallayıbçaya.

Birdən mənəbaxıb əlini yanındakı daşın üstünəqoyub dedi:

- Aqil müəllim, bu daş odaşdan yumşaqdı, sən Allah, gəl budaşın üstündə otur.

Bu gün də yadımadüşəndə gülürəm. Və onu da deyim ki, mənimlə bu məzələnməsinə görə, qayıdanda ona maaşıqədər qonorar yazdım.


TƏQVİM / ARXİV