adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

Aqil ABBAS: BÜLBÜLÜ DİNLƏYİRƏM, GÖZLƏRİM QAPALI

AQİL ABBAS
433275 | 2018-06-09 11:11

OrxanVəlinin çox məşhur bir şeiri var:

İstanbuludinliyorum

gözlərimkapalı

Öncə hafiftən bir rüzgar

esiyor

Yavaş-yavaşsallanıyor

Yarpaklarağaclarda…

…Bu şeiri oxuyalar, sən də gözlərini yumubqulaq asasan. Heç İstanbulda olmaq lazım deyil, heç Türkiyədə də olmaq lazım deyil. Dünyanın harasında istəyirsən ordagözlərini qapa və bu şeiri dinlə. Bütün Türkiyənigörəcəksən. Bütün gözəlliyini, möhtəşəmliyini, dil-dil ötən quşlarını, ormanlarını,çaylarını…

Sizheç gözlərinizi qapayıb Bülbülün «Ölkəm» mahnısını dinlədinizmi? Bir cəhd eləyin.

…Gözləri qapalı olsanız da şiş uclu dağlarıda görəcəksiniz, meşələrimizi, bulaqlarımızı, çaylarımızı da görəcəksiniz, Cıdırdüzünü də görəcəksiniz, Kirsi də görəcəksiniz, Sarı babanı da görəcəksiniz, Daşaltıçayının səsini də eşidəcəksiniz, Qarayazımeşələrini də gəzəcəksiniz, Talış meşələrini də, Teymurləngə baş əyməyən Əlincəqalasını da, Xəzəri də, Araz çayını da, Xudafərin körpüsünü də. Bir cəhd edin. Görün,o qaymaq səs sizin ruhlarınızı haralara aparacaq. O qaymaq səs bütün Vətəni sizin ruhunuza hopduracaq.

Bülbüldənsonra çox adam oxuyub bu mahnını, bu gündə çoxları oxuyur. Amma həmin o oxuyanlarınxətrinə dəyməsin, nə qədər dinləmişəm, gözləri qapalı da dinləmişəm, musiqisi məni götürüb haralara aparsa da, səslərinin gücü çatmayıb, yarı yoldaqalmışam.

VaqifCəbrayılzadənin Qədir Rüstəmova həsr etdiyişeirində belə bir misra var: «Ulu səs gözəldi, qeybdən gələndə, göydən gələndə».

Bülbülünsəsi də qeybdən gəlir, göydən gəlir. «Gəlirdi» yazmıram, çünki gəlir. Səslər ölmür, qeybdən, gələn, göydən gələn səslər hava kimi, su kimi millətin qanına hopur və millət nə qədər varsa, o səs də qanındadı.

İlahi,bu nə məsələdi? Bu Şuşa torpağında, havasında,suyunda bu hikmət nədi, hardandı?

Tanrıdünyanı yaradanda Qarabağın havasını, suyunu,torpağını, işığını, nurunu cənnətdənmi payvermişdi?

Eləisə ermənilər də o torpaqda yaşayır, bəs, göydən gələn, qeybdən gələn bu səs onlarda niyə yoxdu? Onlar da həmin suyu içib, həmin havanı udub, həmin torpağın üstündə gəzmirlərmi? Həmin o dağ çaylarında çimmirlərmi?Bəs, niyə bir Üzeyir Hacıbəyovları, bir Cabbarları, bir Fikrət Əmirovları, bir Qurbanları,bir Bülbülləri, bir Xan əmiləri, bir Qədir Rüstəmovları, bir Arif Babayevləri (siyahınıçox uzadıb yormaq istəmirəm) yoxdu? Olmayacaqda! Çünki onların mayası Qarabağ torpağı ilə mayalanmayıb, Qarabağ torpağından yoğrulmayıb. Onlar o torpaqda doğulmayıb.

Bülbülünsəsi qeybdən gələn, göydən gələn bir səsdi. Nə oxuyubsa, həmin o qeybdən gələn səslə oxuyub. Qarabağlılar belə səsə qaymaq deyirdilər.

Bülbül120 il bundan əvvəl Şuşada doğuldu. İndi həmin şəhər mayaları o torpaqdan olmayanermənilər tərəfindən işğal olunub. Torpağımüvəqqəti işğal edə bilərsən, amma Bülbülün səsini heç vaxt, Xan əminin səsini heçvaxt, Cabbarın səsini, Seyid Şuşinskininsəsini heç vaxt işğal edə bilməzsən. Çünkibu səslər qeybdən gəlir, göydən gəlir.

23yaşında bu dünyadan köçəsən, amma belə birmahnı yazıb gedəsən?! Kim bilir Asəf Zeynallıilə Bülbül Tanrı dərgahında bizlər üçün, Vətən üçün darıxanda qoşalaşıb «Ölkəm»ioxuyurlar!

P.S.Orxan Vəlinin həmin məşhur şeirini bugünki nömrəmizdə oxuya bilərsiniz.

TƏQVİM / ARXİV