adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

AQİL ABBAS: DARIXMAYIN, ERMƏNİLƏR RUSLARIN DA KÜRƏYİNƏ XƏNCƏR SAPLAYACAQ, AZ QALIB

AQİL ABBAS
442 | 2022-05-11 15:36

Osmanlı Türkiyəsi erməniləri ən sadiq millət adlandırmışdı. Mühüm dövlət postlarında oturtmuşdu, orduda Andronik kimi generallarını yerləşdirmişdi. Amma sonda türklərin kürəyinə xəncər sapladılar. Türk xalqına elədikləri vəhşiliklərdən, soyqırımlardan çox yazıblar, tarixi faktlar da var. Hamımız bildiyimizə görə, yazıb sizi yormaq istəmirəm.

İndi də ermənilər ruslar üçün, daha doğrusu, Rusiya üçün ən sadiq millət kimi qəbul olunur. Bu sədaqətli millət SSRİ-ni dağıtdı. Heç kəsə sirr deyil ki, Sovet İttifaqının dağılmasının əsası Qarabağda qoyuldu. Qorbaçov Sovet İttifaqını dağıtmaq üçün Qarabağ ermənilərini seçdi. Silahlandırdı, Azərbaycana qarşı müharibəyə başlatdı və beləliklə, Sovet İttifaqında milli münaqişə qızışdı və nəticədə, Sovet İttifaqı dağıldı.

İndi Rusiya yenə də erməni tələsinə düşüb. Yenə də kürəyini ermənilərə söykəyib, nəticəsi çox ağır olacaq. Sovet İttifaqını dağıdan ermənilər Rusiyanı da dalı üstə qoyacaq.

Rusiyanın xarici işlər naziri Lavrov (Kələntəryan) erməni əsilli, Rusiyanın Baş naziri Mişustin də erməni kökənli. Hər ikisi erməni dilini rus dilindən gözəl bilir.

Rusiyanın ən yaxın müttəfiqi 2,5 milyonluq Ermənistan. Düzdür, Rusiyanın özündə də təxminən bu qədər erməni yaşayır – bir az çox, bir az az. Rusiya Krasnodar vilayətini bütünlüklə ermənilərə bağışlayıb. Darıxmasın, bir azdan ermənilər yaşadıqları vilayətlərin erməni torpaqları olduğu haqda iddialar qaldıracaq, necə ki artıq qaldırıblar.

Ermənilər Rusiyanı o qədər ələ alıblar ki, müharibə haqqında filmlərə baxanda bunu aydın görmək olur. Filmlərdən belə bir nəticə çıxır ki, II Dünya Müharibəsində alman faşizmi üzərində qələbədə iki millət iştirak edib – bir ruslar, bir də ermənilər. Hansı filmi izləyirsən erməni obrazları var, hərdən də ya bir özbəyə, ya da tacikə rast gələrsən.

Əvvəllər köhnə müharibə kinolarında gürcüləri ön plana çəkərdilər, amma indiki filmlərdə heç gürcü də yoxdur, yalnız erməni.

Utanmasalar yazarlar ki, Reyxstaqa bayraq sancan Kantariya da (əslində bayrağı azərbaycanlılar taxmışdı, onları güllələdilər və Stalinin xətrinə Kantariyaya bayraq verdilər ki, tax) əslən ermənidi, o vaxt səhv edib gürcü demişik.

Müharibə başlayanda Azərbaycanda, dəqiq statistika yadımdan çıxıb, 2 milyon 300 min əhali olub. Onun da 600 mini müharibədə iştirak edib. Statistika dəqiq deyil, bəzilərində 350 min, bəzilərində isə 400 min azərbaycanlının həlak olduğu qeyd edilir. Halbuki yalnız azərbaycanlılardan ibarət 2 diviziya yaratmışdılar və basırdılar ön cəbhəyə. İsa Muğanna həmin diviziyadakı döyüşçüləri belə adlandırmışdı: «Qırılan diviziyanın qırılan oğulları». Və həmin diviziyalar Berlinə qədər getdilər və «Qırılan diviziyanın qırılan oğulları»nı da azərbaycanlılar əvəz edirdilər. Amma ən az Sovet İttifaqı Qəhrəmanı adı alanlar azərbaycanlılar idi.

Hətta əfsanəvi partizan Mehdi Hüseynzadə Ulu Öndər Heydər Əliyevin mübarizəsi nəticəsində müharibədən 10 il sonra bu ada layiq görülmüşdü.

Nə heç bir sovet filmində, nə də indiki filmlərdə bir azərbaycanlı obrazı yoxdu. Təkcə «Cinahdan zərbə» filmində bir Əliyev obrazı yaradıblar (Həsən Əliyev), o da film çəkilən dönəmdə Heydər Əliyev vəzifədəydi və ona yaltaqlanmaq üçün.

İndi nəinki müharibə filmlərində, kriminal filmlərində də və məişət filmlərində də qəhrəmanlar ermənidi.

Yadımdan çıxdı, müharibə vaxtı Ermənistanın əhalisi heç 1 milyon deyildi. Yəni bizim əhalinin 60 faizi müharibədə iştirak eləsə də, uzaqbaşı Ermənistanın 15 faiz əhalisi iştirak edərdi. Erməni Sovet İttifaqı Qəhrəmanları da Azərbaycandan çıxmışdı və Azərbaycan vətəndaşları idi. Deyək ki, Baqramyan, Stepanyan, Babacanyan və daha hansı it-qurd.

Şuşada Stepanyanın abidəsini ucaltmışdı ermənilər. Özü də girişdə – Vağzalda, gələn də görürdü, gedən də. Gorbagor oldu.

Bir sözlə, bir ovuc erməni Rusiyanı ələ keçirib nəyininsə başına dolayır. Rusiya isə:

«- Batır, cənablar, batır!

- Hə, get ağla».

«26-lar» filmindən. Allah Əjdər İbrahimova rəhmət eləsin. Rusiyanın batdığını hələ neçə il bundan qabaq yazmışdı.

Ermənilər indi də Rusiyanı dağıdır. Biz türklərlə «bir millət, iki dövlət» olduğumuz kimi, ruslar da ukraynalılarla əslində elə «bir millət, iki dövlətdi», indi bir-birlərini qırırlar. Həm dini baxımdan, həm də dili baxımdan. Rusiya bu döyüşdə qalib olsa da məğlub olacaq. Lavrov və Mişustinin köməyi ilə Rusiya parçalanacaq.

Rusiya içində yaşayan 30 milyon müsəlmana (bunun da 80 faizdən çoxu türkdü) deyil, 2 milyon yarımlıq erməniyə bel bağlayır.

Və onlar da necə Osmanlı Türkiyəsinin kürəyinə xəncər sapladısa, yaxın zamanlarda Putin Rusiyasının kürəyinə xəncər saplayacaqlar və onda rus xalqı ayılacaq və çox gec olacaq.

Mövzuya qayıdacağıq.

  • Iyul:
  • 2

TƏQVİM / ARXİV