«Qəbələ» komandasının yüksək liqadan düşməsini heç istəmirəm. Ümumiyyətlə, mən əyalət komandalarının tərəfdarıyam, xüsusilə də «Qəbələ»nin.
Bu şəhərdə futbol üçün Azərbaycanın özündənrazı komandalarında olmayan infrastruktur yaradılıb, akademiya yaradılıb, 4 stadion tikilib və sair və ilaxır.
Və yazmışdım, yaxşı olar ki, «Qəbələ» birinci divizyondan yüksək liqaya keçmək istəyən komandaların biri ilə pley-of oynasın. Əgər pley-ofda da bəxti gətirməsə day başqa sözüm yoxdur.
İndi mətbuatda oxuyuram ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf açıqlama verib ki, növbəti mövsümdə yüksək liqada klubların sayı 12-yə çatdırılacaq. Beləliklə, «Qəbələ»nin birinci divizyona düşmə ehtimalı sıfıra yaxınlaşır. Ya da uzaqbaşı, birinci divizyonun qaliblərinin biri ilə pley-of oynaya bilər.
Möhkəm ol, «Qəbələ»! Sən Azərbaycan futbolunda öz sözünü demiş bir klubsan və yenə də öz sözünü deyəcəksən.
Sənə uğurlar arzulayırıq!
Yazarın digər yazarlar
MİLÇƏK BİR ŞEY DEYİL, AMMA ERMƏNİ KİMİ KÖNÜL BULANDIRIR - Aqil ABBAS yazır
BİRLƏŞMİŞ MİLLƏTLƏR ÇAYXANASI… - Aqil ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XI (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - X (DAVAMI)


Bakı -°C
