adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Aqil ABBAS: ELMAR MÜƏLLİMİN «KREATİV» SÖZÜ LƏZZƏT ELƏDİ

AQİL ABBAS
619599 | 2018-01-31 11:18

ATƏT-in Minskqrupu balıq sümüyü olub keçiblər xirtdəyimizə, nə uda bilirik, nə də çıxara bilirik. Gəlib buralardasümsünüb-sülənib, yeyib-içib getməkdən başqa əllərindən-filan yerlərindən bir iş gəlmir. Əslində bu Minsk qrupunuABŞ və Avropa dövlətləri sümsünüb-sülənmək üçün yaradıb ki, Qarabağın işğaldan azadolunmasının qarşısını alsınlar. Və düz 26 ildir ki, istəklərinə nail olublar.

Bir monitorinq qrupları da var, həftə səkkiz- mən doqquz kişiciklərgəlib təmas xəttində baxırlar ki, görsünlər Azərbaycan ordusu iki addım qabağagetməyib ki? Ayrı bir məqsədləri yoxdu. Bir məqsədləri də bizim dislokasiyanı öyrənib ermənilərə verməkdi.

İndi də Elmar MəmmədyarovlaNalbandyanın deyəsən, Polşanın Krakov şəhərində(o qədər tez-tez ayrı-ayrı şəhərlərdə görüşürlər ki, həmin şəhərlərin adları nəinki adamın yaddaşında, heç kompüterin də yaddaşındaqalmır. Bir gün kompüterlər yorulub cızzeləyib yanacaq) görüşündən sonra belə birməsələ ortaya atıblar ki, müşahidəçilərin sayını artırsınlar.

Bizim yük maşınısürən bir əmioğlu Ağcabədidən kəndə gəlirmiş. Fikirləşir ki, səmtinə iki adam düşsəydi iki manat pul eləyərdi, qənddən-çaydan alardı.Bazarın yanından keçəndə görür ki, bir əmioğlusu əl eləyir. Dilxor-dilxor əmioğlusunugötürür, deyir cəhənnəm, iki manat olmasın,bir manat olsun, qəndin-pulu düzələr. Heç bir 300 metr getməmiş görür bir əmioğlusu da yolunkənarında durub və ona əl eləyir. Dilxor olub deyir:

- Bir gədə də çıxdıey.

O, bir az sərt deyib,mən yumşaq yazdım.

İndi sülənənlərinsayı guya çox azıydı, bir Kamaz da çıxdı.

Məsələ belədi. Bizəvvəlcə ATƏT-in Minsk qrupu ilə cəngə çıxıb Azərbaycanı onlardan azad etməliyik, sonra Ermənistanla başarmaq çoxasandı. Apreldə də bunu onlara göstərdik. Sülənənlər qarışmasaydı, bəlkə də iki-üçrayonumuzu azad etmişdik.

Amma Elmar MəmmədyarovlaNalbandyanın sonuncu görüşündə bir şey çoxxoşuma gəldi, Elmar Məmmədyarovun «kreativ»sözü. 26 ildir ki, danışıqlar «kreativ»siziymiş,indən belə «kreativ»li olacaq.

Bilmirəm, AMEA-nın Dilçilik İnstitutu hörmətli Elmar müəllimin dilimizətöhfə kimi bəxş etdiyi «kreativ» sözünü yeniOrfoqrafiya lüğətinə salacaq, ya yox? Salsa yaxşıdı, dilimiz zənginləşər.


TƏQVİM / ARXİV