Kəndimizdə yaşı 90-nı haqlamış bir ağsaqqal var, hamı onu «Kamal əmi» deyə çağırır.
Həmin ağsaqqal 1960-cı ildə mənim əlimdən tutub 1-ci sinifə aparıb.
1963-cü ildə biz Ağcabədinin Bayat kəndindən Ağdama köçəndə də yenə mənim əlimdən tutub Ağdamdakı məktəbə aparıb. 70-ci ildə universitetə imtahan verməyə gələndə də məni «Quran»ın altından keçirib Bakıya yola salıb.
Ata babamın Kərbəladan gətirdiyi müqəddəs kitabları da nənəm ona bağışlamışdı. Məhərrəmlikdə də nənəm həyətdə ehsan verərdi, Kamal əmi də həmin o müqəddəs kitabları açıb çox lətif, incə və şirin bir səslə oxuyardı, əzadarlıq edərdi.
İndi də Aşura günlərində Seyid Heydər ağanın (1967-ci ildə rəhmətə gedib) ocağında ehsan verilir, Kamal əmi də əzadarlıq edir.
Bir dəfə hələ gənc yaşlarımda Kamal əmidən soruşdum ki:
Məni diqqətlə süzdü, sonra gözlərini naməlum bir istiqamətə zillədi və dedi:
- Qardaş oğlu, insanlar təkcə İmam Hüseynə yas tutmurlar, həm də onunla birlikdə ölən haqq-ədalətə yas tuturlar. Haqq-ədalət İmam Hüseynlə birgə öldü.
Çox qəribədir ki, bu gecə yuxuda Kamal əmini gördüm. Göz yaşları ağappaq saqqalından süzülüb axırdı.
Əlimi uzatdım göz yaşını silim, silə bilmədim. O nur damlaları barmaqlarımı yandırdı.
Yuxudan oyananda Kamal əminin dedikləri yadıma düşdü.
Dedim bu el ağsaqqalının sözünü sizinlə bölüşüm.