adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AQİL ABBAS: Kaş insanlar Oqtay Rza kimi yaşayıb, Oqtay Rza yaşında öləydi

AQİL ABBAS
59416 | 2019-08-21 09:15

Ömründə bir adamın toyuğuna daş atmamışdı,bir adamın xətrinə dəyməmişdi. Uşaqla uşaq idi, böyüklə böyük. Qırx il, əlli il ali məktəbdədərs dedi, bir tələbə də ondan incikdüşmədi. Tələbələrin ən sevimli müəllimi idi. Geologiyanı da şerlə deyirdi. Rüşvət nədi, bilmədi. Yalan nədi, bilmədi. Heç bir günaha da batmadı. Bəlkə sevgi məsələsində günahı olmuşdu, sevgigünahı da günah sayılmır.

Redaksiyamızın ən fəal müəllifi idi.Ürəyi istədiyi vaxt şeirlərini gətirərdi, ürəyi istədiyi gündə də dərc edərdik. Zarafatla da deyərdi ki, mən «Ədalət» qəzetinin bir nömrəli şairiyəm.

Ötən dördüncü gün gəlmişdi. Səslə-küylə girdi içəri:

- Mirzə, sən məni niyə birbelə çox istəyirsən?

- Şair, səni hamı çox istəyir də.

- Adil Cəmil çox istəmir.

- Niyə? Ola bilməz!

- O gün demişəm ki, «Ədalət» «Ədəbiyyat»danyaxşı qəzetdı. O da dedi ki, bir də səninşeirlərini çap etməyəcəm.

- Zarafat edib, Adil yaxşı oğlandı.

- Mirzə, bizim rayonun başçısı, bilirsəndə, sənin qarabağlındı, yaman oğlandı. Salyandanə qədər yazı-pozu adamı var, hamısını eləqarşılayır, hamısına elə diqqət göstərirki, adam məəttəl qalır. Eşidir ki,rayona gəlmişəm məni mütləq tapdırır.Amma Əlisəmid Kürü deyəsən məndən çox istəyir.

Bir az da ordan-burdan danışdı. Sonrada elə qapıdan əlini göyə qaldırıb İradə xanıma: «Salam, İradə Tuncay!» -dedi vəgetdi. Ardınca çağırdım:


- Şair, gələn həftə gəl, bir qonaqlıq verim.

- Qalsın o biri həftəyə. Gələn həftə bəlkə getdim Salyana. Hərhalda Sevindik məllimin qonaqlığı səninkindənyaxşı olar. Nəşriyyatın yeməkxanası hara,Kürün qırağı hara?

Gələn həftəni gözləmədi. Bazar günü çıxdı getdi Salyana. Həmişəlik getdi. Getdi Azərbaycana böyük şəxsiyyətlər,qeyrətli kişilər bəxş etmiş doğulduğu Salyantorpağına əbədi qovuşmağa.

Məmməd Araz Əliağa Kürçaylıya həsr etdiyi şeirdə yazır:

KÜR QIRAĞINDA TƏK ÇİNARDI…

Oqtay Rza da elə Kür çayıydı, axıb bir sevgi kimi hamınınürəyinə dolmuşdu. Və həmişə də ürəklərdəqalacaq.

85 illik yubileyinə hazırlaşırdı.Qismət beləymiş, yubileyini bizlərləyox, haqq dünyasındakı böyük-böyükşairlərlə keçirəcək. Qaldı yubileyində şərab məsələsinə, deyirlər cənnətdə şərab çayları axır də.


TƏQVİM / ARXİV