adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

Aqil ABBAS: Mən futbolu, doğurdan Foqstdan yaxşı bilirəm

AQİL ABBAS
63820 | 2018-06-30 08:24

«Asan» radionun qonağıydım. Çox maraqlı bir söhbət alındı. Söhbəti maraqlı bir məcraya yönləndirdiklərinə görə Kəmalə xanımavə Ruslan bəyə təşəkkür edirəm. Yəni ürəyim istədiyi kimi danışdım.

Və təbii ki, həm də futboldan, dünya çempionatından. Məni tanıyanlar, yazılarımı oxuyanlarçox gözəl bilir ki, zarafatla, ironiya ilə, sarkazmla danışmağı xoşlayıram.Düzdür, bəzən ironiya ilə, sarkazmla dediyimfikirlər kontekstdən çıxarılır və sosial şəbəkələrin məhkəmələrində, filmlərdə deyildiyi kimi, əleyhimə kullanılır.

Mən futbolu çox sevirəmvə həqiqətən də bilirəm. «Qarabağ» komandasının ölüm-dirim vaxtında və bu günə gəlib çıxmasındaaz-çox da xidmətlərim var. Mən komandanın ən ağır günlərində yanında olmuşam. Ovaxtında ki komandanın yanında beş-altı adam vardı: Həsən Sarıyev, Adil Nadirov,Nazim Abdullayev, Fikrət Sadıqov, Yunis İldırımzadə,Habil Qurbanov, rəhmətlik Süleyman Zeynalov, Aqil Paşayev və bəndəniz.Bunu kiməsə minnət üçün demirəm, sadəcə, futbola bağlılığım üçün deyirəm.

Hətta belə bir zarafatım da var. Birdəfə ANS-də soruşdular ki, ölümdən qorxursan? Dedim, yox. Adam öləndən sonra öldüyünbilmir ki, görə ölüb, ürəyi partlaya. Amma dilxor oluram ki, öləndən sonra dünya çempionatları olacaq, gözəl oyunlar olacaq, mən görə bilməyəcəm. Yəni futbolu o qədər sevirəm və həm də bilirəm.

Verilişdə, yuxarıda dediyim kimi, bir az ciddi, bir az yarızarafat dedimki, mən futbolu Foqtsdan yaxşı bilirəm.

Şəxsən tanımadığım, amma istedadlı bir şair kimi, ziyalı kimi qəbul etdiyim Rauf Qərib Alagöz mənim bu fikrimi status kimipaylaşıb. Təbii ki, paylaşımında ironiyavar, qəbul edirəm. Mən hamıya ironiya edəbilirəm, mənə edə bilməzlər?

Amma, dostum, lap bu dəfə ciddi deyirəm,mən futbolu Foqtsdan yaxşı bilirəm.Dəfələrlə də aramızda mübahisə olub, məndən də zəhləsi gedirdi. Çünki sözündüzünü deyirdim. Bir dəfə də Ağdamda daha ciddi söhbətimiz oldu. Ağdamda deyəndə,yəni Quzanlıda. Bu adam bizim millətə çox yuxarıdanaşağı baxırdı. Bizimlə Afrikada cəngəlliklərdəyaşayan buşmenlər arasında fərq görmürdü.Azərbaycan xalqını meydançada top qovalayan, kitab oxumayan, dünyadan, dünyada başverən hadisələrdən, siyasətdən, elmdən, dünya mədəniyyətindən, dünya ədəbiyyatından,incəsənətindən xəbəri olmayan futbolçularla (ifadəmə görə futbolçulardan üzr istəyirəm) bir ölçürdü.

Dünyanı qoydumbir kənara, ona sübut elədim ki, mən Almaniyanın tarixini, ədəbiyyatını, incəsənətini, fəlsəfəsini,mədəniyyətini ondan yaxşı bilirəm. Bu adamheç bilmirdi ki, alman xalqının Nitsşe, Freyd, Şopenhauer, Şpinqler kimi filosoflarıvar. Mən Baxın yaradıcılığını necə açdımsa,bəlkə də o, Baxa bir-iki dəfə qulaq asıb. Özü də elə futbol oynamağı bilir. Axırda da üzr istədi. Ammasonra Həsən Sarıyev Şahvəlilərdə gözəl birsüfrə açıb bizi barışdırdı. Yalançının şahidiyanında olar, mənim əziz dostum və futbolu Foqtsdan da, məndən də yaxşı bilən Ramin Musayev dediklərimi təsdiq edə bilər.


Bir dəfə də yenə futboldayıq,onda limit söhbəti yox idi. «İnter» kimləsə oynayır, «İnter»də 9, rəqib komandada 8 əcnəbi futbolçu meydandadı. Yenə Foqtsla böyür-böyürə oturmuşuq. Nemesin oğlu burda milli komandaya oyunçu axtarır. Mən də dedim ki, sən bu oyunaniyə gəlmisən, burda meydançada 17 futbolçuəcnəbidi. Get o komandaların oyununa bax ki, orda azərbaycanlılar oynayır.

O da qalxdı ayağa, üzünü tutdu ətrafdakılara, ətrafdakılar da futbol cameəsinin adamlarıydı, dedi ki, bu məndən nə istəyir, sonra da acıq edib yarımçıqçıxıb getdi.

Mən dedim futboluFoqtsdan yaxşı bilirəm, demədim ki,ondan yaxşı futbol oynayıram və ondan yaxşı məşqçiyəm.

Yeri gəlmişkən, ondan sonra adı dilimə yatmayan bir məşqçigətirmişdilər ey, milli komanda uduzur,adətən uduzan komanda bütün gücüylə irəli atılır, çalışır vaxt itkisiolmasın. 89-cu dəqiqədə oyunçu dəyişdirir,hücumçu yerinə də yarımmüdafiəçi buraxdı.Nə isə…

Qayıdaq Foqtsa. Mən heçbir musiqi alətində ifa edə bilmirəm, ammabu o demək deyil ki, mən musiqini bilmirəm. Mən heykəltəraş deyiləm, amma bu o deməkdeyil ki, mən heykəltəraşlığın fəlsəfəsini, busənətin incəliklərini, tarixini bilmirəm.

Mən futbol oynaya bilmirəm, şahmat oynaya bilirəm. Orta məktəbdə oxuyandada məktəbimizin qapıçısıydım, amma elə həmişə «zalatoy zapas»da otururdum. Çünki Nizami adlısinif yoldaşım (Altay Əlibəylinin əmisi) məndən daha bacarıqlı qapıçı idi.

Mən şeir yazmıram, amma bu o deməkdeyil ki, mən poeziyanı bilmirəm.

Yenə Foqts. Deyir gedənin dalınca danışmazlar, mən bu sözləri onun üzünə dediyimə görə, danışa bilərəm.

Böyük futbolçu olub, dünya çempionu olub, futbolda nələr qazanıb, halal xoşu.Deməli, gedənə yaxın qaraçılarkimi bir şivən çıxarmışdı, bizə hədə-qorxugəlirdi: görün nələr danışacam, nələr deyəcəm. Sonra da «udka» buraxırdı ki, onu Braziliya istəyir, Almaniya istəyir, İngiltərəistəyir, Həbəşistan istəyir. İndi bilmirəmharda it qovur, noldu bəs?

AFFA-ya da həmişə bir sözüm olub.Qardaş, ya milli komandaya, ya da klub komandalarına yüksək maaşlaməşqçilər gətirirsiniz, çox gözəl. Bubütün dünyada belədi, xaricdən məşqçi dəvət etmək. Və onunla müqavilə bağlayırsız,sənə bir belə pul verəcəm və neçə illik.Bacarmadı, yarımçıq qovsanız cərimələri ödəməlisiniz, onun maaşını ödəməlisinizvə sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq, xarici məşqçi gəldi pul. Müqavilədə sən də onun qabağında şərt qoymalısan, əgər bu şərtləri yerinəyetirməzsən, üç badam, bir qoz.

Nə isə. Dostum, Rauf Qərib Alagöz,mən adətən heç kimə cavab yazmıram. Səni istedadlı bir şair, gözəl bir ziyalı, həm də zəhmətkeş bir şəxs kimitanıdığıma görə bunları qələmə aldım.

İstədiyin vaxt qonağım ola bilərsən və söhbətimiz də çoxmaraqlı alınar və lazım gəlsə, mətbuata da çıxararıq.

Dostum, doğurdan da, mənfutbolu Foqtsdan yaxşı bilirəm.

***


TƏQVİM / ARXİV