adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

AQİL ABBAS: RƏMİŞİN KƏNDÇİSİ QULU AĞSƏS

AQİL ABBAS
67288 | 2018-04-20 14:15

Adamdabəxtə bax ey, gör harda doğulub. Ağdamın Abdal-Gülablı kəndində. O kənd ki AşıqValehin kəndidi. Qarabağın duzu, Qarabağın Molla Nəsrəddini Abdal Qasımın kəndidi.Azərbaycan tarının atası Qurban Pirimiovunkəndidi, general Murtuz Quliyevin, qeyri-adisəsi ilə ruhumuza hopmuş Sara Qədimovanın,Aşıq Xaspoladın kəndidi. Hamı ilə mırt tutan, öz hazırcavablığı ilə Abdal Qasımın mənəvi varisi Şakir də bu kənddədoğulub.

NədənsəSəxavət Məmmədovun adını çəkmək istəyəndənəinki kövrəldim, hətta ağladım. Sonra dayandım,gözlərimi yumdum və Səxavət Məmmədovun ilahidən gələn səsinidinlədim. Səsi çox uzaqdan gəlirdivə çox da yanıqlıydı. Və mənə elə gəldi ki,Abdalın lap yuxarısında, dağın başında birdaşın üstündə oturub darmadağın olmuş yurd-yuvalarına, kəndlərinə baxıb ölmüş Abdal-Gülablıyaağı deyir.

İlahi,az qala unudacaqdım, çünki bir az təsirlənmişdim. Birdən özü bakılı olan əməkdaşımızMehriban xanım kənardan dedi ki, müəllim,bəs Ceyhun Mirzəyev? İlk obrazı dünyanın ən təmiz uşağı İsmayıl, son obrazı fəryadçəkən, intiqamın alışdırıb-yandırdığı İsmayıl. İlk mahınısı«Kəndimiz, kəndimiz…», son mahnısı həminkənd uğrunda mübarizəsi…

Tanrınınağıldan başqa heç nə əsirgəmədiyi, dünyanınən qeyri-adi istedadlılardan biri, milyonlarlaağıllıların həsəd apardığı, Azərbaycanın Paqaninikimi şeytanımı-mələyimi Rəmişin doğulduğu kənd.

Qurbanəmi Rəmişin uşaqlığında ona bir tar bağışlayır. Bu tarın sədası sonra bütün Azərbaycana yayılır. Hətta görkəmli tarzənHəbib Bayramov Qurban əminin tarının eşqinəAğdama gedir və həmin tar üçün Rəmişə 4 min manat pul və öz tarınıtəklif edir. Amma Rəmiş «əminin yadigarıdı»deyib tarı nə Həbib müəllimə, nə də Həbib müəllimdən sonra bu tarın havasıyla Ağdama gedən və külli miqdarda pul təklif edəntarzənlərə satır.

Vəgünlərin birində Ağdamda bir toyda Rəmişo əmisinin yadigarını kiminsə təpəsinə vurub çilik-çilik edir. Adını indi unutduğum bir ermənikamançaçı vardı, elə həmin toydaca Rəmişə yalvarıb tarın qırıqlarını 3 min manata alır. Yəqin indi ermənilərin hansısa muzeyindədi.

Adamdabəxtə bax ey, gör harda doğulub?

Dünən soruşuram ki, ə qaqa, neçə yaşın var? Deyir, vallah, yadımdan çıxıb, deyəsən elə Abdal-Gülablıdan çıxdığımyaşdı. Düz deyir, eləcə Gülablınınhavası kimi, suyu kimi, torpağı kimi təmiz qalıb.

Birdənə də bəxti gətirib, aprelin 20-də doğulub.19-da doğulsaydı Hitlerlə bir gündə doğulmuşolurdu, 22-də doğulmuş olsaydı Leninlə, amma Nərimanovla bir gündə doğulub. Və birdə bəxti onda gətirib ki, həyatda ilk dəfəgördüyü «jivoy» şair də ustad Musa Yaqub olub. Kənddəngəlmiş uşaq Ağdamda, Mədəniyyət evinin qabağında Musa Yaqubu görüb və qaçıb kəndə, hamıya deyib ki, mən MusaYaqubu gördüm ey! Deyirəm yaxşı ki, ZakirFəxrini görməyib, yoxsa qəzəl yazmağa başlayacaqdı.

Dostum,ad günün mübarək! Biz o kəndə yenə gedəcəyik, o kəhrizlərin suyundan yenə içəcəyik. Abdalla Gülablını bir bağayırırdı. Bənövşə vaxtı o bağa girməyə ürək eləmirdilər ki, bənövşələr əzilər. O bənövşələrin qoxusu hələ də burnumdadı.

Vəbir də bu kənddə pəpə deyəndən məmə yeyənə qədər hamı söz ustasıydı. Hamı Mirzə Cəlil, Haqverdiyevməktəbi keçmişdi.

Vəbugünkü «Ağdamın Ağdam vaxtı» lətifəsini də elə həmin kənddən gətirəcəm.

Vəsonda. Qaqa, sənin boynuna bir minnət də qoyum da. Mən hər şairin ad günündə belə köşə yazmıram.


TƏQVİM / ARXİV