adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil ABBAS:ELMAR VƏLİYEVƏ ATILAN GÜLLƏ ELƏ ŞİƏLİYƏ ATILIB

AQİL ABBAS
76609 | 2018-07-09 09:14

ElmarVəliyevə və köməkçisinə sui-qəsdlə bağlı istintaq aparılır. Saytlar və sosial şəbəkələrdə dəqiqləşdirmədikləri və heç bir faktasöykənməyən dedi-qodular yaymaqla məşğuldurlar. Nəticədə şayiələrbaş alıb gedir. Əslində belə paylaşmalarvə saytlardakı yazılar istintaqı yönləndirmək cəhdi kimi qiymətləndiriləbilər.

İndikiller Yunis Səfərovunxanımının bir səs yazısını həm mətbuatda, həm də sosial şəbəkələrdə paylaşıblar. Hələ o dəqiq deyil ki, bu danışan cinayətkarınxanımıdı, ya yox. Yəqin istintaq bunu daaydınlaşdırar.

Xanımı iddia edir ki, Y.Səfərovun Elmar Vəliyevlə heç bir ədavəti yoxdur, o, E.Vəliyevdən İmam Hüseyn intiqamınıalıb. Guya icra başçısı dindarları təhqir edibmiş, nə bilim hansısa plakatları cırdırıb.

Əvvəla,həzrəti İmam Hüseynin başını nə Elmar Vəliyev, nə onun nəsilindən kimsə, nə dəulu babalarından kimsə kəsməyib. İmamHüseynin başını kəsənlər də məlumdu, nəsilidə məlumdu. Və həmin nəsil bu gün də İslam aləmini qarışdırır. Elmar Vəliyevə güllə atan da həmin nəsilin nümayəndəsi çıxa bilər.

İkincisi,Elmar Vəliyev İmam Hüseyn sevdalısı olmasaydı,Gəncədəki İmamzadəni Azərbaycanın ən böyük ziyarətgahına çevirməzdi. Bu İmamzadədəaparılan təmir-tikinti, abadlıq işlərinədünyanın özündən deyən İslam ölkələri həsəd apara bilər. Təbii ki, İmamzadənin beləyüksək səviyyədə yenidən qurulmasında Möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətini xüsusilə qeyd etmək lazımdır.


Sonillər Azərbaycanda şiəliyə qarşı genişmiqyaslı bir hücum var. Və bu hücumda da siyasətçilər,tanınmış ziyalılar xüsusi fəallıq göstərirlər. Şiəliyi nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxırlar, hətta müqəddəsləri təhqir etməkdən belə çəkinmirlər.Azərbaycan əhalisinin təxminən 85faizi, bəlkə də çoxu şiədi. Şiələri hiddətləndirmək üçün, ölkənin əmin-amanlığına, sabitliyinə zərbə vurmaq üçün cəhdlər edilir. Təbii ki, həmin şəxslərin arxalarında həm daxildən, xüsusilə dəxaricdən böyük qüvvələr dayanır.

Ateistləribaşa düşmək olar, onlar bütün dinlərə qarşıdırlar.Bu onların yoludu, amma bir məzhəbi qaldırmaq və başqa bir məzhəbiaşağılamaq tamamilə böyük tərbiyəsizlik vəəxlaqsızlıqdı. Hansı məzhəbin üzvüsənsə məzhəbinitəriflə, amma başqasını təhqir eləmə.

Mənbir dəfə yazmışdım, yenə də təkrar edirəm. Qarabağ müharibəsində çalmalarına «Ya Əli», «Ya Hüseyn» yazdırıb özlərini tankların altına atan, sinəsini düşmən gülləsinə sipər edən yüzlərlə gənc görmüşəm,qucağımda şəhid olanı da olub. Amma sizlər çalmalarına «Ya Yezid», «Ya Müaviyyə»yazdırıb şəhid olan bircə gənc gördünüzmü?!

İndibu səs yazısını yaymaqla belə bir ağır cinayətişiəliyin üstünə atmaq istəyirlər. Həm də istintaqı əsl hədəfdən yayındırmağa çalışırlar.Birinci, şiəlikdə terror yoxdu, bircə fakt desinlər, deyə bilməzlər. İkincisi, heçbir şiə İmamzadəni o səviyyədə tikdirən və abadlaşdıran bir oğlana güllə atmaz,əli qalxmaz.

ElmarVəliyevə güllə atan killerdi. Və onun arxasında da yəqin ki, kimlərsə var. İstintaq bunun hamısını aydınlaşdıracaq və o silahı Yunis Səfərovun əlinə verən kəsləridə üzə çıxaracaq və hər biri öz layiqli cəzasını alacaq.

AllahdanGəncəni böyük bir mədəniyyət mərkəzinə çevirən və bütündünyanın diqqətini öz quruculuq işləri ilə Gəncəyə yönəldən Elmar Vəliyevə tezliklə sağalmasını arzulayıram.


TƏQVİM / ARXİV