Bir-birimizə atmağa daşımız həmişə olacaq - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
875 | 2022-01-27 11:58

Orta məktəbi Bakının Kürdəxanı qəsəbəsindəki 113 nömrəli orta məktəbdə bitirmişəm. Fb dostluğumda mənimlə bir məktəbdə və hətta bir sinifdə oxuyanlar da var, yazacaqlarımı təsdiq edərlər.

Biz oxuyan illərdə (1981-1991 - ci illər) də:

- Məktəbdə bəzi müəllim və şagirdlərin arasında xoşagəlməz hallar olurdu.

- Bəzi müəllimlərə hədiyyələr verirdilər (məcburiyyət yox idi).

- Kitablar pulsuz idi, amma hədiyyə verən uşaqlara, valideynlərindən ehtiyat etdiklərinə, valideynləri vəzifədə olan uşaqlara təzə kitablar verilirdi, yerdə qalan kitablar da digər uşaqlara paylanırdı.

- Sinifpulu yığırdıq, süpürgə və.s. üçün.

- Müəllimlərdən dərs keçməyib “sakit oturun qiymət yazacam” deyənlər olurdu. Belə olmasa idi, məktəbi o vaxt bitirənlərin hamısı bütün fənnləri ən azı kafi səfiyyədə bilməli idilər. Bilirdilərmi? Yox.

- ................................

- Kiməsə, nəyəsə göz yumub şagirdə bilmədiyi fənnlərdən belə yüksək qiymət verənlər var idi. Məsələn, mən Kimyadan, Fizikadan 5 almışam, amma biliyim heç bu gün belə 3 - ə layiq deyil.

Siyahını uzatmaq da olar. Səndən soruşuram, bu sətriləri oxuyan jurnalist, işini vicdanla görürsən? Görə bilirsən? Düz bildiyini vicdanla yaza, deyə bilirsən? Bazarda kartof, meyvə və.s. satan, sən, ay həkim, ay məmur, ay usta və digərləri, öz işinizi vicdanla görürsünüz? (təbii ki, söhbət ayrı – ayrı adamlardan getmir)

Dünən də belə idi, bu gün də belədir. Əlbətdə ki, bütün bunlar yaxşı hal deyil. Amma çıxış yolu tapmaq üçün oturub düşünməyimiz lazımdır. Yoxsa kimsə özündəkini görməyib, başqasında qüsur axtarmaqla düzələn deyil. “Daş dövrü daşlar bitdiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatdı” deyə bir deyim var. Bizim də başımız, düşüncəmiz dəyişməsə, heç nə dəyişməyəcək. “Daş dövrü” bitməyəcək, bir-birimizə atmağa daşımız həmişə olacaq.

Vüqar Abbasov.
Niderland-Azərbaycan-Niderland.
[email protected]

TƏQVİM / ARXİV