adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

DAŞLARDAKI HƏQİQƏTİN DEDİYİ

SEYFƏDDİN ALTAYLI
90776 | 2013-05-11 00:19

Dünəninibilməyənlərin sabahı ola bilməz, çünki bu gün dünənin əsəridir və bətnində dəsabahı daşıyır.

Birzamanlar nəymişik ya Rəbbə!. Ulu babalarımızın yaratdıqları dövlətlərə baxdıqdainsan dəhşətə gəlir. Biz doğrudanmı o boyda nəhəng imperiyaları yaratmışıqə! Oimperiyaları yaradanların nəvə-nəticələri bəs indi niyə bu haldadı?!

Avropalıimperialistlərin ən qəddarlarından və vəhşilərindən biri də fransızlardır.Afrikada həyata keçirdikləri, yalnız öz mənafeləri üçün bəşər əxlaqının vəinsani dəyərlərin ayaqlar altına salınıb çığnanmasından savayı heç nə deyildir.Məsələn, əlcəzair onların işğalında olduğu vaxt, özlərinə tabe olmayan vəəlcəzairin azadlığı uğrunda işləyən hər kimi tuturdularsa aparıb çöldəkitelefon dirəklərinə yerdən bir metr hündürlüyə bağlayırdılar və çıxıbgedirdilər. Kaftarlar, ac qurdlar o yazıqların iyini alıb hücum çəkir vəayaqlarından başlayaraq onları ağızlarının çatdığı yerə qədər diri-diriyeyirdilər. Bu Fransızlar görəsən on altıncı əsrdə hansı vəziyyətdə idilər bəsəGəlin onu da həmin əsrin tarixi qeydlərindən öyrənək.

FransaKralı Fransçois 24 fevral 1525-ci il tarixində Almaniya imperatoru Şarlken iləapardığı Pavye döyüşündə məğlub olur və əsir düşür. Şarlken öz dindaşıFransçoisə olmazın əziyyətlər edir. Françoisin anası Xanım Dangolen,İstanbuldakı səfirləri Jan de Franjipan ilə Qanuni Sultan Süleymana bir məktubyollayır. Kraliça Dangolen məktubunda deyir:

"İndiyəkimi oğlumun xilasını Şarlkenin insafına buraxmışdım, ancaq o oğlumu təhqiredir. Dünyanın dörd bir guşəsində yeriyən hökmünüz, cahanın tanıdığı əzəmət vəşanınızla oğlumu xilas etməyinizi ulu şəxsinizdən niyaz edirəm".

MəktubQanuniyə çatdıqda oxuyur və bu cavab məktubunu yollayır:

"Mən ki, sultanlar sultanı, xaqanlarxaqanı, hökmdarlara tac vərən, Allah:::ın yər üzündəki kölgəsi, Ağdənizin vəQaradənizin və Rumelinin və Anadolunun və Azərbaycanın və Dəməşqin və Hələbinvə Misirin və Məkkə və Mədinənin və Qüdsün və bütün ərəb diyarının və Yəməninvə necə məmləkətlərin sultanı və padşahı Sultan Bayəzid Xan oğlu Sultan SəlimXan oğlu Sultan Süleyman Xanam. Sən ki, Fransa vilayətinin Kralı Fransuvasan.Hökmdarların sığındığı qapıma elçinizlə məktub göndərip, ölkənizi düşməninişğal etdiyini, hal-hazırda həbsdə olduğunuzu bildirib, xilasınız üçün məndənyardım istəyirsiniz. Söylədiyiniz hər şey dünyanı idarə edən taxtımınayaqlarına təqdim olunub. Hər şeydən xəbərdar oldum. Yenilmək və zindana düşməkheyrətamiz deyildir. Ürəyiniz təskinlik tapsın və narahat olmayın. Beləhallarda atalarımız düşmənləri məğlub etmək və ülkələr tutmaq üçün yürüşlərediblər. Biz də atalarımızın yolundayıq və daim ölkələr və alınmaz qalaları ələkeçiririk. Atımız gecəli-gündüzlü daim yəhərli və qılıncımız bəlimizdədir. UluTanrı xeyir ehsan etsin. Allah nəyi istəsə o da olur. Bundan sonrasını xəbəriyolladığınız adamınızdan öğrənərsiniz".

Fransakralına qarşı söylənən ifadəyə bax; "Sən ki, Fransa vilayətinin KralıFransuvasan".

Aradan beşyüz il keçməyib, Fransanın buraxdığı silahlar dünyanın yeraltı sərvətlərinəmalik inkişaf etməmiş ölkələrində, xüsusilə Afrikada nahaq qanları su yerinəaxıdır. Fransanın buraxdığı təyyarələr, tanklar, maşınlar dünyanın dördguşəsində pendir-çörək kimi satılır. Fransa, BMT kimi imperialistlərin məxfiyığıncaq yeri olan dünyanı istədikləri kimi idarə etdikləri bir təşkilatınqurucu, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Avropa Birliyini yaradanölkələrdən biridir, 360 nüvə silahı, 59 nüvə stansiyası vardır və 65 milyonəhaliyə malikdir. Ölkəsində yeganə dövlət dili vardır, o da Fransızcadır vədigər dillərə yaşamaq hüququ tanınmayıb. Bir dövlət dairəsinə getsənizFransızcadan savayı bir dillə danışsanız sizi qovarlar. Bütün müstəmləkələrindəisə Fransızca hakim dildir.

Bəs bizəBütövlükdə üç yüz milyona çatan əhali sayımız, yeddi müstəqil dövlətimiz, neçə-neçəmuxtar cümhuriyyətimiz var. Yerüstü, yeraltı sərvətlərimiz hədsiz-hesabsızdır.Dünyanın ən qədim və ən ağıllı, ən cəsur millətiyik, hər şeyimiz var. Niyəsinibilmirəm, ancaq hələ də vahid bir ünsiyyət dilimiz yoxdur, hələ də öz markamızolan bir maşınımız dünya bazarlarında satılmır, fransızın, almanın, ingilisin,yaponun və digərlərinin buraxdığı maşınlara minirik (Sabir baba qulağıncingildəsin). Məsələn, Türkiyədə bir ton dəmirin qiyməti iki min lirə deyil.Gavur dediyimiz qərblilər iki tonluq dəmiri texnoloji ilə maşın halına gətirirvə orta hesabla bizə yüz mindən artıq dollara satır. Hələ də nüvə stansiyasıtikə bilməmişik, hələ də hər bir detalıyla özümüzün olan bir təyyarəni buraxabilməmişik. Amma mənfi mənada buraxdığımız çox şeylərimiz varg Bir-birimizinquyusunu qazırıq, içimizdən biri yüksəlsə dərhal ayağından dartıp aşağıçəkirik, qısqanclıqda bizdən irəlidə gedən yoxdur, pafosda dünya birincisiyiktribunalarımız bura şahiddir. Bizi düşmənlərdən qoruyacaq ən müqəddəsqurumlarımıza bəla kəsilib başına itoyunu açırıq.

Dünən yeddiyaşındakı körpələrimizi, qoca nənələrimizi, silahsız-sursatsız, xəstəhal,əlsiz-ayaqsız vətəndaşlarımızı kütləvi şəkildə qıran, məscidlərə, anbarlaradoldurub od vurub diri-diri yandıran, Xocalı kimi bir Soyqırımı törədənermənilərin tərəfini saxlayan çağdaş kommunistlərimiz (Naxır kökündən gedibbunlar hələ də ala buzovu axtarır!..) ermənilərlə, Türkə düşmən olanlarlaəl-ələ verib, "hamımız erməniyik" deyə qara asfaltların üzünütəpikləri ilə döyə-döyə daha da qaraldır.

Bəzilərimizinnə dünəndən xəbəri var, nə bu gündən, nə də sabahdan. Oxumurlar, araşdırmırlar,öyrənmirlər və şüurlanmırlar. Dünən bizdən yardım dilənən Françoisinnəvə-nəticələri, paytaxtları Parisdə Pere Laçaisə qəbiristanlığında tikdikləribir daş abidədə; "1914-15-ci illərdə Fransa üçün canını verən ermənilərinxatirəsinə. Onlar Suriyə, Lübnan, Qaraman, İçəl, Konya, Antalya, Musa Dağı,Saimbəyli, Adana, Ağrı Dağı Döyüşü, Maraş, Qaziantəp, Qafqazya, Sərdarabad,Selanik, Monastır və Çanaqqalada Fransa üçün döyüşdülər və həlak oldular"sözlərini həkk ediblər.

Anadilimizdə danışanlarımız da Məkkə yesirləri kimi küçələrə tökülüb qaraasfaltları çığnaya-çığnaya mavi səmaya; "Bizlər də filankəsik"şüarını həkk edirlər. Ziddiyyətə bax!..

DünənFransanı vilayət kimi qəbul edən və onun kralına xitabən, "Sən ki, Fransavilayətinin Kralı Fransuvasan" deyən babamız qəbrindən başını qaldırıbbizim halımıza baxsa görəsən nə deyərə!.

"Razıdeyiləm yatmışları bir kəs oyatsın!"

Sağ olSabir baba. Yaxşı oyatmayaq, qoy yatsınlar. Bilmiş ol ki, yata-yata əvvəlcəhamıdan dala qalacaqlar, sonra da dünənki nökərlərinin qulu olacaqlar; çünkicəncəl qanununun hakim olduğu belə bir dünyada ayrı nə ola bilərlər ki?!

Daşlarahəkk olunmuş ayrı yazılar da var axı: "Ey Türk, silkin və özünə qayıt, sənözünə qayıdanda böyük olursan..."

Özmədəniyyətinin böyüklüyünün fərqinə varmayanlar, fikri, düşüncəsi müstəqilolmayanlar, özünə hansı yolla qayıdıb böyük ola bilər ki?!.

SeyfəddinAltaylı, Ankara

altaylı[email protected]

TƏQVİM / ARXİV