Nazirlər Kabinetinin məktəblərdə təhsil alanların sayına görə direktor və direktor müavinlərinin maaşlarına aylıq əlavələr tətbiq etməsi, mənə görə çox ədalətsiz qərardır. Ən əsası ona görə ki, təhsil alanların sayı 500-dən çox olan məktəblərdə müəllimin maaşına dəymədən "uşaq sayı çoxdursa, direktor və müavini daha çox əziyyət çəkir" əsaslandırması, müəllimlərin işini kölgədə qoyur. Dərsi uşağa müəllim keçir, dərsin məsuliyyətini müəllim daşıyır - direktor və ya müavini yox.
İkinci bir məsələ, əgər bu qərar verilirdisə, o zaman bütün məktəblərə necəsə şamil olunmalı idi. Belə çıxır ki, 500-dən az təhsil alan olan məktəblərdə, (məsələn 480 və ya 496 nəfərlik) məktəblərdə nə direktor, nə də müavini heç bir əmək sərf etmir?
Üçüncü bir məsələ də, TH-yi hər nə qədər təkzib etsə belə, bir çox orta məktəblərdə, xüsusən də 10-11-ci siniflərdə uşaqların repetitor yanına rahat getməsi üçün məktəbə gəlməməsinə direktor da, müavini də diktə etdikləri "əlavə"lər hesabına çox münbit şərait yaradırlar. Hələ votsap qruplarda tələb olunan digər "əlavə" ləri deməyək.
Doğrudur, bu, bütün məktəblərə şamil edilmir amma reallığı da dəyişmir.
Başa düşürəm ki, bineyi qədimdən bizdə belə olub - "qar həmişə qar üstə yağıb". Hər halda deməsəm olmazdı