Aha, deyəsən trollara fas verilib artıq. İndi çəkən, çəkdirən qalıb qıraqda camaatı borclu çıxarırlar.
Hörmətsiz trollar, sizə bir şey deyim - nə yazırsınız, neynirsiniz özünüz bilərsiniz, amma o milləti borclu çıxarmışcasına hər cümlənin sonunda qoyduğunuz qırmızılı-qaralı nidalar var haa, bax bir gün gələcək onu ora qoyduranlar özləri ordan götürüb soxacaqlar sizin gözünüzə.
P.S. Trolların tirajladıqları hazır, müxtəlif formalı eyni məzmunlu şərh və statuslar artıq belə bir şübhə yaradır ki, bu məsələ məhz elə cəmiyyətini fikrini baş verən olaylardan yayındırmağa hesablanan düşünülmüş bir ssenaridir. Yanlış düşündüyümə mən də sizin qədər inanmaq istəyirəm. Çünki sonda bir oyunun bilmədən oyunçusu olduğunu bilmək adamı məhv edir. Pandemiyada da, müharibə dövründə də buna bənzər ssenarilər oynanılıb, şübhəm ordan.
P.S.S. Bu arada, əvvəl elə bilirdim troll yalnız nazirlik və qurumların səhifələrində görünən arxasında kim olduğu bəlli olmayan fake profillərdir. Sən demə yanılmışam. Gözümüzün içinə baxa-baxa trolluq edən nə qədər tanınmış simalar varmış...
Nə isə... vaxtınızı aldığım üçün üzr istəyirəm amma şəxsi müşahidəmin gəldiyi qənaəti deməsəm olmazdı.