Bakı Metropoliteni QSC bir xanım əməkdaşının işdən çıxmasını mediada elə sensassiyaya çevirib ki, sanki tarixdə ilk dəfədir #metropoliten’də kimsə işdən çıxır və ya çlxarılır.
Tarixi hadisədir.
Yazılana görə həmin xanım metro maşinistləri arasında ilk qadın imiş. Telefonla danışırmış. (Stansiyaya düşəndə set zülümlə tutur, tuneldə set necə tutub, bu da bir ayrı sualdır) Paaaay səni. Bu bir ilkdir axı. İlk xanım maşinist, ilk dəfə telefonla danışma, demisiniz, eşitməyib.
Dəhşət. Görünməsi mümkünsüz hadisədir.
Kişi maşinistlər, ay toooba, belə şey etməzlər, çox olsa tunelə girən kimi siqaret çəkərlər.
Qadın maşinist intizam qaydalarını pozubsa, bütün saytlarda (hətta sanballı bildiklərimizdə belə) manşet olmalı, feysbuk səhifələri, instaqram, tiktokda boy-boy şəkilləri paylaşılmalı, sanki qeyri adi bir hadisə olubmuş kimi hay-küylə “xəbər” deyə cəmiyyətə sırınmalı, camaat da şərhlərdə bildi bilmədi linç etməlidir.
Daxili qaydalara riayət etməyib işdən çıxartmısınız? lap yaxşı, lap əla. Düz etmisiniz. Özünüz bilərsiniz. Bundan cəmiyyətə nə? Bunu nə deyib tirajladırsınız?
Deyək metropoliten gündəmə gəlmək istəyir, #media nə deyə tirajlayır görən? Xəbər yükü nədir bunun- qadın olması?
Tağı Əhmədov gedəndə heç belə hay-küy salmamışdınız valla…