Əhməd əl-Şaraa İsrailin hücumuna reaksiya verdi

208 | 2025-05-02 18:12

Suriya administrasiyasının müvəqqəti rəhbəri Əhməd əl-Şaraa İsrailin mayın 2-nə keçən gecə Dəməşqdəki prezident sarayının ərazisinə  endirdiyi hava zərbələrini təhlükəli eskalasiya hesab edib.

Adalet.az xəbər verir ki, bu barədə Suriya prezidentinin ofisi məlumat yayıb. 

"Əhməd əl-Şaraa prezident sarayının İsrail işğalçı qüvvələri tərəfindən bombalanmasını ən kəskin şəkildə pisləyir, o, bunu təhlükəli eskalasiya adlandırıb", - məlumatda qeyd olunub. 

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatla çıxış ediblər. Onlar Suriya paytaxtında prezident sarayının yaxınlığındakı hədəfə hücum barədə məlumat veriblər. Yəhudi dövlətinin nümayəndəsinin bu addımı “Suriya rejiminə açıq siqnal” adlandırılıb.

  • May:
  • 2

TƏQVİM / ARXİV