adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib

659 | 2024-05-08 18:00

Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkür edirəm.

Adalet.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan da həmişə Türkiyənin yanındadır: “Biz həm də 44 günlük müharibənin nəticələrini müzakirə etdik”.

Ə.Əsədov əlavə edib ki, hər iki ölkə strateji tərəfdaşlığın bundan sonra da davam etməsində maraqlıdır.

TƏQVİM / ARXİV