"Ermənistan hamının gözü qarşısında uçuruma yuvarlanır " Yuri Kotenok

 

175 | 2025-01-15 14:47

“Bir vaxtlar Rusiyanın dostu olan Ermənistan hamının gözü qarşısında uçuruma yuvarlanır”

Adalet.az
xəbər verir ki, bu sözləri Rusiyanın hərbi eksperti Yuri Kotenok deyib:” Təəssüf ki, Ermənistan bu gün son dərəcə zəif vəziyyətdədir. Sonuncunun Dağlıq Qarabağı döyüşsüz Azərbaycana təslim etdiyini və bununla da beynəlxalq siyasətdə subyekt statusunu itirdiyini söyləmək olar. Hazırda Ermənistana qonşu “akula” ölkələri olan Azərbaycan və Türkiyə açıq-aşkar Ermənistan ərazisindən yeni parçalar qoparmağı planlaşdırır.
Hazırda onlar əldə olunmuş razılaşmalara əsasən, Rusiya da daxil olmaqla, bir sıra dövlətlərin nəzarəti altında qalmalı olan “Zəngəzur dəhlizini” almaq istəyirlər. Paşinyan nümayişkaranə şəkildə Moskvanın köməyindən imtina etdi və indi sadəcə olaraq kənardan ona öz iradələrini diktə edirlər”
Ekspert əlavə edir ki, Ermənistanın Bakının təcavüzünə müqavimət göstərmək üçün heç bir kozu yoxdur. “Hazırda Ermənistan Müdafiə Nazirliyinə ordudan uzaq adamlar təyin olunur. Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyindən isə təcrübəli şəxsi əsgərlər uzaqlaşdırılır. Ermənistan ordusu getdikcə müdafiəsizləşir və onu muzdlularla gücləndirmək cəhdləri adekvat deyil. Azərbaycan yeni hərbi təcavüzə başlasa, İrəvan heç bir şəkildə müqavimət göstərə bilməyəcək. Sadə erməni xalqı sadəcə olaraq belə ssenariyə hazır deyil və bu, onlar üçün şok ola bilər və ölkə xaosa qərq ola bilər”.  

Bütün bunların fonunda rusiyalı ekspert Paşinyanın Rusiyadan uzaqlaşmasını son dərəcə qəribə hesab edir. O qeyd edir ki, Paşinyanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməklə bağlı bəyanatları absurd səslənir və Rusiyanın Ukraynada “həddən artıq işğalı”nı nəzərə alsaq, İrəvanın ehtiyac yaranarsa kimə arxalana biləcəyi qeyri-müəyyən olaraq qalır. “Ermənistan əsrlərdir erməniləri məhv etməyə çalışan “Osmanlı dünyası” təhlükəsi ilə üz-üzədir. Paşinyan isə bəzi Avropa dəyərlərinə sadiqlikdən danışır. Bu, yalnız Qərb oyunçularına faydalı olan çirkin duruşun ən yüksək nöqtəsidir. Təəssüf ki, Ermənistanda gedən proseslər geridönməzdir”.

 Əntiqə Rəşid

TƏQVİM / ARXİV