adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Fürsətçillər və ya medianın yaratdığı yalançı qəhrəmanlar - Emin Piri yazır

Emin Piri
543 | 2021-12-08 11:49

Müharibə fürsətçillərindən danışırlar, haqsız da sayılmazlar. İstərdim bəzi məsələlərdə aydınladım. Əgər azca da olsa bacarsam.

 

Mülki insanlarla işim yoxdu, rastlaşdığım bəzi epizodları deyə bilərəm. Tədbirlərin birində idim, bir neçə nəfəri ardıcıl tribunaya dəvət edir, döyüşçü kimi xoş sözlər, diplomlar və.s təqdim edilir. Təbii ki, xoş niyyətlə bu adamlarla tanış olmaq istədim. Biriylə söhbətdə hansı hərbi hissədən olduğunu, hansı istiqamətlər üzrə döyüşdüyünü soruşdum. Cavabdan sonra axı, bu hərbi hissə filan rayonda idi, döyüş bölgəsində olmayıb dedim. Mədəni insan idi, təbii ki, etiraf elədi. Sadəcə iş yerindən müharibəyə gedənlərdən çağırıblar, bunu göndəriblər tədbirə. Beləcə, qht, media və.s.-ın özünün yaratdığı qəhrəman, döyüşçü obrazları ortaya çıxır. Sonradan olmadığı halda bunlardan bəzilərinin döyüşçü fürsətcillikləri başlayır.

 

İki gün öncə mediamızın birində bir hərbçi ilə müsahibə oxudum. Adamın üstündə allah var, öz diliylə deyir ki, aktiv döyüşlərdə olmayıb, ehtiyat taborlarda olub. İşğaldan azad olmuş rayonlarda olub, sonrakı mərhələdə. Amma jurnalist xanım yenə bundan müharibə qəhrəmanlığından soruşur. Başlığasa dəbdəbəli sözlər.

 

Bu şəxslər hələ mədəni şəxslərdir, bu cür formatlardan haqqı olmadan öz oyununu quran o qədəri ola bilərki...

 

Eləcə gözəyarı analizlə müharibə əlillərini, yaralıları çıxmaqla gələcəkdə cəmi 60-70min veteran olacağını demək mümkündür.

Amma az qala 200minlik görüntü var. Hər kəs döyüşçü olub?

 

Sadə öyrənməli üsul, hərbi vəsiqədir. Orada hansı hərbi hissə, hansı istiqamətlərdə döyüş əməliyyatlarında olduğu yazılıb. Hansı hərbi hissələrin döyüşlərdə olduğunu az qala əksəriyyət bilir. Heç olmasa bununla öyrənə bilərsiniz, əziz qhtdəki, mediadakı dostlarımız. Çünki verdiyiniz diplomlar, qht medalları sonradan öz gileyinizə çevrilir. Eləsə bu fürsətcilləri kim yaradır?

 

Həmçinin, belə olduqda əsas haqqı olanlar qalır, çünki hamsını eyni bilirlər təəssüfki.

 

O ki, qaldı video və şəkillərə, əmin olun ki, ən az şəkli, videonu da sırf öndə olanlar çəkib. Adamlar canıyla əlləşib və döyüşdə olub. İndi zaryadka tapanda münasib olanda nəsə bir neçə epizod çəkiblər, ya yox. Amma indi bəzilərində seriallar çıxır e, sən hansı məqam bu qədər çəkilişə vaxt və şərait tapdın?

 

Yumruq-təpik davasından, bizi görən kimi hamı qaçırdı nağıllarından( son məqamda ola biıər, müqavimətin mənasızlığını anladıqdan sonra) danışanlarınsa hansı müharibədə olduğundan xəbərsizəm. Adama cəmi bir sual: hamı səni gördüyünə görə qaçırdısa 3000 şəhid, minlərlə yaralı və 44 gün çəkən müharibə necə baş verib? Ən azından o şəhidlərdən, əlillərdən ayıbdır bu cür "külək"lər.

 

Həm də pis tendensiyadır, belə çıxır ordumuz ən zəif , ən qorxaq orduya qarşı döyüşüb?

 

Düşmənin qüvvəsini, gücünü kiçiltmək səni böyütmür, sənin də gücünü kiçiltmiş olur.

TƏQVİM / ARXİV