adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Görəsən bunlar böyük dövlətləri hansı ağılla idarə edirlər?.. - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
604 | 2024-02-29 13:03

 "Almaniya öz əsgərlərini Ukraynaya göndərməyəcək, NATO münaqişə tərəfi olmayacaq"- deyə Almaniya Fedarativ Respublikasının kansleri Olaf Şolts bəyan edib.

 ABŞ-la birləşib Ukraynanı Rusiyanın işğalına məruz qoyan, şəhər və kəndlərinin ruslar tərıfindın viran qoyulmasına, yüz minlərlə vətəndaşının qətlə yetitilməsinə səbəb olan, Rusiya-Ukrayna mübaqişəsinin danışıqlar masasında həll olunmasına birbaşa mane olan bunlar deyilmi? Ukraynanı müharibənin dayandırılmaması üçün milyardlarla dollarlıq silah-sursatla təmin edən, qanlı döyüşləri davam etditməyə məcbur edən bunlar deyilmi? İndi də utanmadan "biz bu müharibədə iştirak etmirik və etməyəcəyik"- deyə, dolayısı olsa da,  müharibədə iştirak edənlər belə bir bəyınat verməklə özlərini başa düşdük, dahs kimləri aldatmam istəyirlər?

  "NATO münaqişədə tərəf deyil və heç vaxt da tərəf olmayacaq"- deyən Almaniyanın kansleri Olaf Şolts, Şimali Atlantika Alyansının Kiyevə külli miqdarda silah-sursat yardımları etməsini, hərbi sahə üzrə məslətçiləri ilə dəstək verməsini, muzdlu əsgərlər adı altında minlərlə hərbiçisini döyüş bölgələrinə göndərməsini nə tez unutdu? 

  NATO-dakı müttəfiqi Fransanın prezidenti Emanuel Makronun, fevralın 26-da "qərb ordusunun Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı" verdiyi bəyənatın üstündən hrç iki gün keçməyib. Olaf Şoltsun bu bəyənatdan xəbəri yoxdurmu?

  Almaniya kansleri ən azından mətbuatı izləyirmi? Və yaxud köməkçiləri ona yazılan məlumatlar barədə məruzə etmirlərmi? Elə Makronun bəyanatı yayılan  gün The Waşington Post qızeti yazırdı ki, "Ukraynada hərbi döyüşlərin getdiyi bölgələrdə 20 mindən artıq xarici muzdlu əsgərlər iştirak edirlər.  ABŞ-ın , Böyük Britaniyanın və Fransanın da daxil olduğu bir çox NATO dövlətləri, Ukraynaya sayları az olsalar da, xüsusi təyinatlı hərbiçilərini və hərbi məsləhətçilərini göndəriblər". Bu faktlar  NATO-nun  münaqişənin iştirakçıları olmalarını sübut etmirmi?

 Olaf Şolts da, Co Bayden də, Makron da  nə qədər başlarını kola soxub gizlətmık istəsələr də,  çöldə qalan "quyruqlarını" hamı görür. 

 

TƏQVİM / ARXİV