adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

İçimizdə öldürdüyümüz uşaqlar - Emin Piri yazır

Emin Piri
582 | 2021-12-29 13:23

Bəzən özümüz oldmaqdan qaçırıq. Daha oğrusu içimizdəki uşaqdan uzaqlaşdıqca yeni bir mən yaradırıq. O uşaq uzaqlaşdıqca ölür və yox olur. Şablon, müəyyən qəlibə salınmağı özümüzə uğur, karyera yolu olduğunu düşünürük.

 

Amma unduruq ki, içimizdəki uşaq öldükdən sonra o heç vaxt bir də doğulmayacaq. Biz isə onun ölümüylə nə xoşbəxt olacağıq, nə də huzur tapacağıq.

 

Öz başıma gələn bir əhvalatı danışmaq istərdim.

 

5 il öncə dağ kəndlərinin birində müəllim işləyirdim. Ədəbi mühit və.s hamsını atmışam, gedib kənddə yaşayıram...

 

İbtidai sinif müəllimlərindən biri qəza keçirdiyindən həmin sinfə də günorta, öz dərslərimdən sonra dərs keçməli oldum. İki ay eyni zamanda ibtidai sinif müəllimi də işlədim...

 

Çölə baxdım, qəşəng qar yağır. İçimdəki qarda sürüşmək, qartopu oynamaq həvəsini öldürə bilmirəm. Baxma da, Bakıda, Sumqayıtda elə qar görmüşdüm? Uşaq kimi sevinirəm.

 

Nə isə, ibtidai sinfin şagirdlərinə dedim dərsdən qaçaq. Bunlarla qar topu oynaya-oynaya evlərinə ötürdüm.

 

Direktor zəng elədi ki;

 

-Emin müəllim, şagirdlər dərsdən qaçıb?

 

-Dedim, hə, mənlə birgə qaçdılar.

 

Heç nə demədi. Səhər dedi ki, şair adamsan, bildik, amma dərsdən bir də qaçmayın.

 

Demirəm, məktəblərdə şagirdləri dərsdən qaçmağa həvəsləndirək. demirəm, qanunları pozaq. Amma necə ediriksə, içimizdəki uşağı ölməyə qoymayaq...

 

TƏQVİM / ARXİV