Kissincer danışıqların vaxtlnı bəyan etdi - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1771 | 2023-05-08 10:45

Rusiya-Ukrayna müharibəsinin nə vaxta qədər davam edəcəyi sualı ətrafında müzakirələr dayanmır. Bir çox siyasi ekspertlər qarşıdurma tərəflərinin danışıqlar masasına oturmaq üçün irəli sürdüyü tələblərə əsaslanaraq bu müharibənin sonsuzluğa qədər davam edəcəyini bildirirlər. Bəzi siyasətçilər isə, bu müharibənin Üçüncü dünya müharibəsinə çevrilə biləcəyi barədə xəbərdarlıqlar edirlər.

Danışıqlar masasına oturmaq üçün, Rusiya Krım yarmadası da daxil olmaqla işğal etdiyi ərazilərin Ukrayna tərəfindən tanınması, Ukrayna isə, beynəlxalq hüquqla tanınan ərazilərindən rus qoşunlarının qeyri-şərtsiz çıxarılması şərtlərini irəli sürürlər. Təbii ki, bu şərtlər nə Rusiyanı, nə də Ukraynanı qane etmir.

Dünyaca tanınmış siyasətçi, Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi Henri Kissincer CBS Sunday Moring telekanalına verdiyi müsahibəsində bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqları bu ilin axırlarına yaxın baş tuta bilər.

Kissincerin sözlərinə görə, Çin tərəfinin münaqişənin həlli ilə bağlı təklif etdiyi sülh planı "hər şeyi öz yerinə qoya bilər". "Mən hesab edirəm ki, bu ilin sonunadək biz danışıqlar prossesinin başlandığl haqqında danışa biləcəyik"- deyə siysətçi bəyan edib. Bundan başqa ABŞ-ın eks dövlət katibi güman edir ki, hazırda Ukrayna böhranı qırılma anına yaxınlaşır.

Henri Kissincerin dünya siyasətini dərindən analiz etmək bacarığının dəfələrlə şahidi olmuşuq. Eks dövlət katibi yəqin ki, həm Rusiyanın, həm də ABŞ başda olmaqla NATO-ya üzv dövlətlərin müharibəni davam etdirmək güclərinin getdikcə tükənməsi səbəbindən ən azından danışıqlar masasına oturmaqdan başqa çarələri qalmayacağlnı nəzərdə tutaraq belə bir proqnoz verir.

Bundan başqa, Kissincer daha əvvəllərdən də bildirdiyi kimi, Ukrayna tədricən neytral mövqe tutmalı, ABŞ-ln təkidi ilə NATO-ya daxil olmaq niyyətlərindən geri çəkilməlidir. Çünki, Moskvanın Kiyevin alyansa üzv olması ilə heç vaxt razılaşmayacağı hamıya məlumdur. Rusiya NATO qüvvələrinin sərhədlərinin lap yaxınlığında yerləşməsi və ölkənin strateji dərinliklərini nəzarətə götürməsini qəbul edə bilməz.

Qalır danışıqların şərtlərində tərəflərin şərtlərini yumşaltmaq məsələsi. Prossesin ən çətin və hələki cavabı məlum olmayan hissəsi bu sualın cavabındadır. Deyək ki, Kiyev NATO-ya üzvlük iddiasından əl çəkə bilər və Rusiyanın da istədiyi kimi neytral mövqe tuta bilər. Lakin Ukraynanın haqlı olaraq rus qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılması, ərazi bütövlüyünün bərpa olunması tələbləri Kreml tərəfindən yerinə yetirilə bilərmi? Xüsusilə də, Rusiya öz ərazisinə daxıl etdiyi Krımdan əl çəkməyə razılıq verərmi?

Rusiya prezidenti kimi fəaliyyətə başladığı gündən umperiyanın bərpası iddialarını ortaya qoyan Vladimir Putinin hakimiyyətini davam etdirəcəyi müddətdə bunun baş verə biləcəyi inandırıcı görünmür. Onun, Kissincerin bəyan etdiyi kimi, sülh danışıqlarının ilin axırınacan baş tutacağı vaxtadək hakimiyyətdən uzaqlaşdırılacağını mümkün variant kimi qəbul etmək isə, heç inandırlcı deyil.

Bəs onda ABŞ-ın eks dövlət katibi hansı hesablamalarına görə qətiyyətlə belə bir qənatə gəlib? Hər halda yuxarıda da qeyd etdiyim kimi, Henri Kissincer dünyanın ən ağıllı, dünya siyasətini daha dərindən analiz edən siyasətçilərdən biri, bəlkə də birincisidir. Yəqin dünyada proseslərin tez bir zamanda və gözlənilmədən dəyişə bilməsi təcrübəsindən çıxış edərək, cəsarətlə belə bir proqniz verib.

İlin axırı uzaqda deyil. Gözləyərik, görərik. İlin axırı siyasətçilər üçün uzaqda deyil, Ukrayna üçün, Ukrayna xalqı üçün çox uzaqdadır.

Hələlik isə Ukraynada qanlı müharibə davam edir, hər gün munlərlə, on minlərlə mərmi partlayır, insanlar qırılır, şəhər və kəndlər dağılır, infrastrukturlar məhv edilir. Milyonlarla dinc sakunlər doğma yurd yuvalarlnı tərk edib, verilən məlumatlara görə, bir ildən artıqdır ki, davam edən müharibədə hər iki tərəfdən ölənlərin sayı yarım milyona çatıb və yaxud yarım milyonu keçib. Hələ ilin sonuna kimi nələr baş verəcək, daha nə qədər insan ömrü kəsiləcək...

 

 

TƏQVİM / ARXİV