Le Pen hakimiyyəti təhdid edir -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
624 | 2024-11-18 10:00

Fransa parlamentinin "Milli birlik" fraksiyasının lideri, Paşinyanın "ögey bacısı" Marin Le Pen bəyan edib ki, hakimiyyət üç ildən sonra onu ölkə prezidentliyinə keçiriləcək seçkilərə buraxmayacağı təqdirdə, cəmiyyət növbəti seçilən prezidentə inanmayacaq.

 "Jornal du Dimance" qəzetinə müsahibəsində siysətçi ona qarşı irəli sürülən ittihamları "demokratik prosseslərə müdaxilə" kimi qiymətləndirib. Le Pen daha irəli gedərək əlavə edib ki, onun namizədliyinin qarşısının alınması, dolayısı ilə 2027- ci ildə keçiriləcək prezitent seçkilərinin leqitimliyini şübhə altına salacaq.

 Bəli nə az, nə də çox. Guya Le Peni seçkilərə buraxmasalar, o məhşur filmdə deyildiyi kimi "Paris dağılacaq".... Yadıma ötən əsrin 70-ci illərindəki bir hadisə düşdü. "Deməli Vyetnamın rəhbəri Bakıya gəlmişdi, yüksək səviyyəli qonağı Opera və Balet teatrında Azərbaycan simfonik orkestrinin konsertinə aparmışdılar. Təbii ki, teatrln zalını tələbələr, idarə müəssisə işçiləri ilə doldurmuşdular. Bizim arxamızda əyləşən bir kişi, konsert başlayandan "əşi yox ey, mənim qardaşımın vaxtında bu orkestr daha yaşı çalırdı".  Kişi dayanmaq bilmir, bir demir, iki demir, üç demir, axırda yanımda əyləşən dostum : "bağışlayın, sizin qardaşınız bu orkestrdə nə işlə məşğul idi?"-deyə sual verdi. Kişi : "vionelçel çalırdı"-deyə cavab verdi. Dostum: "Rəhmətliyin oğlu, mən də elə bildim qardaşın orkestrin bədii rəhbəri, baş drijoru olub. Vallah mən bayaqdan heç o vionelçelin səsini belə eşitməmişəm"....

 İndi Le Pen də elə təhdidlə danışır ki, guya 2027- ci ildə bunun namizədliyinin qarşısı kəsilsə, Fransa dövləti özünə prezident seçə bilməyəcək və Fransa bədbəxt olacaq...

 Xatırladırıq ki, Paris prokurorluğu  "2004-2016- cı illərdə vətəndaş cəmiyyətinin topladığı vəsaitin məqsədyönlü şəkildə dağıdılmasında günahkar bilərək, onun həbs olunmasını" tələb edib. Bununla bağlı qərarın 2025-ci ilin əvvəlində elan ediləcəyi bildirilir.

 Le Pen ona qarşı irəli sürülən ittihamlarla razılaşmayaraq, Paris prokurorluğunun hərəkətinin "partiyanın dağılmasına" yönəldiyini bəyan edib.

 Beləliklə, deyəsən ermənilərin Fransadakı  dayaqlarından biri-"ögey bacıları" Marin Le Pen də sıradan çıxarılır. 

 

TƏQVİM / ARXİV