adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MOLLU KƏNDİNDƏKİ ZİYARƏTGAH - FAİQ QİSMƏTOĞLU yazır
 

FAİQ QİSMƏTOĞLU
1956 | 2023-05-30 11:00

Dostumuz İlham müəllim həmin kənddən görüntüləri bizə göndərib

Azərbaycanın bir-birindən gözəl və füsünkar təbiətləri çoxdur. Kəlbəcər işğaldan azad olunandan sonra yaxın dostumuz və qardaşımız, iş adamı olan İlham Əliyev biz oradan dağların döşündəki, yamaclardakı və düzlərdəki gül-çiçəkləri çəkib, görüntülər göndərmişdi. Onda da İlham müəllim demişdi ki, vallah, dünyanın heç bir yerində Kəlbəcərdə olan gözəlliyi görməmişəm. Bu dağların havası, suyu, Günəşi, gülü, çiçəyi və çəmənliyi sanki cənnətə bənzəyir. Cənnəti görmək üçün elə Kəlbəcərə gəlmək lazımdır, bu güllərin, çiçəklərin ətrini, qoxusunu ciyərlərə çəkmək gərəkdir!

Bütün bu gözəlliklərlə bağlı biz bir dəfə yazı da qələm aldıq və düşündük ki, qoy bu gözəlliyi hamı görsün. 15 gün bundan qabaq isə, yəni Türkiyədə may ayının 14-də Prezident seçkiləri keçirilərkən yenə İlham qardaşımız Zəngəzur mahalının Qubadlı qəzasının Mollu kəndindən çox unikal və qeyri-adi bir görüntüləri bizə göndərmişdi. Sözün açığı işimiz həddindən çox olduğu üçün ürəyimizdən keçən sözləri qələmə ala bilmədik. Amma bu günlərdə bir daha o görüntüyə baxıb bir anlıq Mollu kəndinə getdik, orada qeyri-adi bir ziyarətgahı ziyarət elədik.

Rəvayətlərdə deyilir ki, Mollu kəndindəki dağın döşündə mövcud olan və neçə əsrlərdən bəri orada insanların ibadət yerinə çevrilən üç daş parçası, daha doğrusu, qaya bir vaxtlar insan olub və onlar kafirlər tərəfindən, daha doğrusu, ermənilər tərəfindən təqib olunaraq qətlə yetirmək istəyiblər. Həmin üç adamsa canlarını düşməndən xilas etmək üçün Allaha dua ediblər və deyiblər ki, bizi xilas elə, düşmən əlinə keçməyək! Allah da onların səsini eşidib, hər üçünü daşa çevirib. Və o vaxtdan o yer Qubadlının Mollu kəndində müqəddəs ocaq kimi tanınıb və ziyarətgaha çevrilib.

Mayın 14-dəsə İlham müəllim və onun doğmaları olan bir neçə ağbirçək qadn həmin ziyarətgaha gedərək, Türk dünyasının ağsaqqalı və dünya siyasində oxşarı, bənzəri olmayan Rəcəb Tayyib Ərdoğana dua ediblər və Allahdan kömək istəyiblər ki, Ərdoğan qalib gəlsin! Onlar əvvəlcə bu müqəddəs ocaqda namaz qılıblar, sonra isə ürəklərindəki arzunu - yəni Ərdoğanın Prezident seçilməsi üçün bu ziyarətgahda Allaha dua ediblər.

Allah-Təala həmişə yaxşı duaları və xeyirxah insanlarla bağlı istək və arzuları həayta keçioib, gerçəkləşdirib. Deyirlər ki, hər ağızda bir dua var, Allaha bir yalvarış olur! Türkiyədəki seçkilər zamanı milyonlarla insan və eləcə də Azərbaycanda sayı-hesabı bilinməyən və Ərdoğanı sevən adamlar Allah dua edirdilər. Allaha dua edirdilər ki, Ərdoğan yenidən Prezident seçilsin, nəinki Türkiyəni, bütün Türk dünyasını və eləcə də dünyamızı müharibədən, qandan, ölümdən xilas eləsin!...

Təbii ki, dostumuz və qardaşımız, iş adamı İlham Əliyev Qubadlıda və eləcə də digər işğaldan azad olunmuş bölgələrdə gedən tikinti-quruculuq işlərində yaxından iştirak edir. Onun yaxınları ilə birlikdə Mollu kəndindəki ziyarətgaha getməsi və Türkiyənin Prezidenti Ərdoğanın yenidən prezident seçilməsinə dua etmələri özü də bir qeyri-adi və unikal hadisədir. Yəni, onlar Azərbaycan-Türkiyə qardaşlığına çox böyük önəm verib, ürəklərindən keçən aruzlarını Allah-Təalaya çatdırıb. Onların da, milyonlarla insanların dualarını Allah-təala eşitdi və qəbul etdi, Ərdoğan yenidən Türkiyə Prezidenti seçildi. Türk dünyası rahat nəfəs ala bilər!..

TƏQVİM / ARXİV