Netanyahu həbs edilsin: Tələb! -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
977 | 2024-06-03 11:54

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Əsəd Əhməd Xan, İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoava Qalant barərə həbs imkan tədbiri seçilməsini tələb edib.

 Prokuror adı çəkilən şəxsləri, insanları aclığa məhrum etməkdə, onların sağlamlıqlarını və həyətlarlnı təhlükəyə atmaqda, qətlə yetirməkdə, onlara qarşı zorakılıq törətməkdə, dinc sakinlərə hücum etməkdə günahlandırır. Kərim Əsıd Əhməd Xanın fikirincə, ittiham olunanlar tərəfindən bu əməllər hazırda da davam etdirilir.

 Beynəkxalq cinayət məhkəməsi eyni zamanda HƏMAS hərəkatının üç lideri- Yəhya Sinvara, Muhammed əd- Deyfə və İsmail Xaninə qarşı da həbs orderi verilməsini tələb edib. Onlar da hərbi cinayətlər törətmıkdə günshlandırılırlar.

 Döyüşən tərəflərin bir sıraya qoyulması İsraildə böyük qıcıq yaradıb. Netanyahu ağır şəkildə prokurirun ittihamlarını rədd edərək, onu antisemitizmdə günahlandırıb və HƏMAS üzərində tam qələbə çalacaqlarına söz verib.

 Məlum səböblərə görə, ABŞ da, Beynəlxalq Cinayət Məhkəməsininin qərarını pisləyib. Xatırladırlq ki, bu qurumla Biləşmiş Ştatların münasibətləri hələ Əfqanıstandakı hərbi kompaniyalar zamanlndan pozulub.

 ABŞ prezidenti Co Bayden, prokuror Kərim Xanının bəyənatını qəbuledilməz hesab edib. Təbii ki, özünü dünyanın aöası hesab edın ABŞ-ın müttəfiqini insanlığa qarşı cinayət törətməkdə günahlandırmaq beynəkxalq cinayət məhkəməsinin həddi deyil. Onlar yiyəsiz, kimsəsiz, kiçik, zəif  dövlət rəhbərlərini istədikləti cinayətdə günahlandıra bilərlər. Yoxsa, Vaşinqtinun dostuna ilişmək də nə deməkdir... ABŞ konqressi də çox əsəbləşib. BCM-ni "həddini aşdığına" görə cəzəlandırmaq niyyətiylə sanksiyalar tədbiq etməklə yanaşı digər variantlar üzərində işləyirlər.

 Netanyahu isə, BCM-nə və onun prokurorunun bəyənatına əhəmiyyət vermədən Rəfaha hücumlarını davam etdirir. İsrailin baş naziri bəyan edib ki, bu şəhərdə HƏMAS-ın dörd batalyonu qalıb və onlar məhv edilənədək döyüşlər davam etdiriləcək.


 

TƏQVİM / ARXİV