adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Növbəti hədəf Belarusiyadı - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1538 | 2023-03-28 13:21

Tamamilə Birləşmiş Ştatların vuran silahına çevrilmiş Şimali Atlantika Bloku - NATO, Rusiyanın sərhədləri yaxınlığında mövqelərini möhkəmləndirməkdə israrlıdır.

Rusiya alyansın bu hərəkətlərini ölkəsi üçün ciddi təhlükə hesab edərək, artıq qardaş dediyi, əslində isə Rusiyanın qanadı altına sığınmış Lukaşenko Belarusiyasının ərazilərinə taktiki nüvə silahlarının yerləşdiriləcəyini bəyan edib.

Moskva və Minsk arasında Belarusiya dövlətinin ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı razılaşmanın əldə edilməsi xəbəri 26 martda məlum olmuşdur. Belə bir planın razılaşdırılması ilə bağlı məlumatı, Rusiyanın prezidenti Vladimir Putin, jurnalist Pavel Zarubinlə müsahibəsi zamanı bəyan etmişdi.

NATO qüvvələrinin Rusiyanın sərhədləri yaxınlığında yerləşdurməsunə səslərini belə çıxarmayan Qərb dövlərləri, Belarusiya ərazilərinə taktiki nüvə silahlarının yerləşdirilməsi xəbərindən təşvişə düşməyə başlayıblar.

Belarusiyan xarici işlər nazirliyindən bildirilib ki, Minsk NATO-nun, ölkəsinin sərhədləri yaxınlığında hərbi potensialını gücləndirməsindən narahat olduğu üçün, Rusiyanın taktiki nüvə silahlarını ölkə ərazilərində yerləşdirməsinə icazə vermək məcburiyyətində qalıb. Belarusiya hökuməti alyansın bu hərəkətlərini, "suveren dövlətin geosiyasi kursuna və onun dəyişdirilməsinə çalışması kimi qiymətləndirərək, bunu dövlətin daxili işlərinə kobudcasına müdaxilə kimi qəbul edir".

"Qeyd olunan vəziyyəti və milli təhlükəsizlik sferasında yaranan riski nəzərə alaraq, Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək məqsədiylə bu addımı atmaq məcburiyyətində qalıb"- deyə XİN-nin yaydığı sənəddə bildirilir.

Belə görünür ki, üçüncü dünya müharibəsi, nüvə müharibəsi olacaq deyənlərin ehtimalları gerçəkləşməkdədir. Belarusiya isə bu müharibənin ilk qurbanlarında biri ola bilər....

Allah özü dünyanı qana susayan şeytanlardan qorusun...

TƏQVİM / ARXİV