adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Ölən Könüllər... - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
161978 | 2020-06-10 13:52

Könül öləcək

Könül minlərdən, yüzminlərdən biridir. Həm də zəhmətkeşailənin ilki, üç bacıdan biridir. Ana – ata çox zəhmətə qatlaşıb qızlarınıoxutmaq üçün. Könül indiki Bakı Humanitar kollecdə kitabxanaçılıq ixtisasınayiyələnib. Amma özünə baxışı milli bizdən uzağa getməyib: biz qızlara daha çox ərəgetməyi aşılayırıq, qızların gələcəyində "ər, uşaq, qaynana və s.” görürük.Oğlanlarımıza da daha çox qız axtarmaqla məşğuluq. Bizim üçün övladımızın ailəqurması arzudan çox məqsəd olur. Könül də kitabxana müdiri olmaq haqda deyil, ərhaqda düşünüb, ailə qurub. Könülün hansı arzularla yaşadığını mən bilmirəm. Heçkim bilmir. Ailə qurduğunu qohum, qonşu,dost-tanış bilir. İki övladı olduğunu da hamı bilir. Bəlkə xoşbəxtliyinihəyat yoldaşına qulluq etməkdə, uşaq dünyaya gətirib qayğısına qalmaqda görüb?Heç başqa arzusu olmayıb? Belə qızlarımız nə çox. Təki ailə xoşbəxtlik gətirsin.
Könülün evliliyi uğursuz oldu. Düzdü ana oldu, övladlarının savadlı, olmasına çalışdı. Bir ananın verə biləcəyiheç bir qayğını əsirgəmədi. Həyat yoldaşına, qaynanasına, nə başqa bir qohuma"eh” də demədi. Xəstəliyini,yorğunluğunu, arzusunu da bildirmədi. Ayları, illəri beləcə ötdü: xörəkbişirir, qab, pal -paltar yuyur, uşaqlara baxır, ərə, qaynanaya, gələnə - gedənəqulluq edir, "bəli, baş üstə” deyir və s.və i.

Və bir günanladı ki, dözümü tükənib: Öləcək...

Könül ölür

Könülün gəlin olduğu ailə çətin oldu. Ailədə kimsənormal düşünə bilmirdi. Ağıl sorunları vardı. Məsələn, isti çaya "bu soyuqdu”,soyuq suya "qaynardı” deyə bilərdilər. Kimsəni razı sala bilmirdi. İllərlədözdü Könül. Son zamanlarda bir – neçə dəfə anasına, bacısına "Dözə bilmirəm” demişdi. Uşaqlarını götürübgetmişdi. Amma bizdə milli ”döz” psixologiyası da var axı.

Yoldaşınınsa"görüntüləri” artır, qısqanclıq sindromları başlayırdı. Düşüncə, sağlamlıq, tərbiyəsorumları olan kişilər adətən qadınlarına zülm edir. Bu zülmünsə işgəncə növləri çoxdu. Qadınlar adətənsusur... Susduqca yoxa çıxırlar... Könülün həyatında özündən başqa hamıvardı...

Könül anlayırdıki, yoxa çıxır- ölür...

Könül oldü

Könül ölürdü.İnsan kimi ölürdü... Onu yaşadan övladları idi. Ana kimi həyata tutunmağaçalışırdı. Övladları məktəbli idi. Onların taleyi üçün narahat Könülçabalayırdı. Demə narahatlıq da yaşada bilir. Çox istəyirdi onlar oxusun,seçilsin. Həyat yoldaşının bütün əziyyətlərinə, sinir krizlərinə, şıltağınadözürdü. İki oğlunun anasına bir manat qıymayan şəxsi maşın sürən Ər isə narazı gəzirdi.

Demə Ərin"ayrılıq planı” vardı. "Anangilə baş çəkək” deyə bir gün axşam saatlarında onuevdən çıxardı. Liftdə qapının açılmamasını da düşündü. Götürdüyü bıçaqla ikioğlunun anasını kəsik – kəsik etdi: 48 bıçaq yarası. Sonra ”Mənə xəyanət edir”dedi...

Qızınçığırtısına köməyə gələnlər qapını açana kimi...Könül öldü...
Qapının arasından qızın boğazını necə kəsdiyini görən xanımın ürəyigetdi...Liftdəki mənzərəni görənlərin dili tutuldu...

Sonra?

Ana haray saldı:Balamı verin...Gəlmək istəyirdi, "olmaz” dedim.

Axı bizdə dəyərliatalar misalı var "Ər evindən meyitin çıxar ancaq”.

Bacı için – içinağladı: "İki gün əvvəl dözə bilmirəm demişdi”.

Ehhh...Heçolurmu ? Bəs milli dəyərlər? ”Gəlin süpürgədi.Hara qoysan, orda qalmalıdı. Dözməlidi.Əronun ağasıdı”. Qul psixologiyası.

Oğlanın xalasıözünü qınadı: "Mən deyirdim, bu qızı qorumaq lazımdı. Öldürəcək bir gün. Heç bucür gəlinə qıyarlarmı”?

Ah...Xala! Hansıgəlinə? Yaxşı gəlin boşanmaz ki! Dəlidən, xəstədən, narkomandan, qaynanadan,baldızdan, heç kimdən boşanmaz. Könül ağılsız idi elə əri kimi. Dəliydi. Ağıllıqız qalardımı?

Hələ nə qədərKönüllər ölüb, ölür və öləcək...

Belə hadisələrçox olur. Bu da biri. Əslində fikrim qarışır yazdıqca.
Yəni zəif, iradəsiz, belə avam qızlarınölümünə necə münasibət göstərməyimi də bilmirəm. Ağlayım, hirslənim, gülüm,ağrıyımmı?

Qatilə cinayətişi açıldı: "Qısqanclıq zəminində”...???Amansızlıqla qəsdən adam öldürülüb əslində.
"Xəyanət edirdi” –dedi "ər”.

Ananın ağrısıonqat, yüzqat oldu. İnanmayanlara sığınır. Bacılar daş- divarı çeynəyir.Tanıyanlar yanıb – yanıb kül olur: Bu cür qıza necə qıydı? Mədəni,sakit...Dilin qurusun! əlin qırılsın!- deyirlər. Ailəni yaxından tanıyanxanımlardan biri "Yazıq qız” dedi. Digər qonşu "Əri deyir xəyanət edirdi, yəqin...”Başqası əsəbləşdi: Eyib deyil? Siz ailəni tanımırsız? Tanıyırsız axı. Bilirdikki, oğlan necədi. İndi bu yazıq gəlinə niyə ad qoyursuz?” Kişi qəribə baxdı,susdu.
Könülün oğlanları məktəblidir. Böyüyü "Anam tez – tez deyirdi ki, mənə bir şeyolsa, qardaşından muğayat ol”. Bir də "atamı öldürəcəm” deyir...Uşaqların müəllimələriağladı:Necə gözəl qadın idi. Ana idi.-deyə. Onunla yaxın olan valideynlərdənbiri: Çox aciz idi, çox sıxıntı çəkirdi. Heç təzə paltarı olmazdı...Bir başqası:”O kişini boğaram” – dedi...

Həyat yoldaşı tərəfindənöldürülən gəlinlərin işlərinin əksərində "qısqanclıq zəminində” damğası var. Mənməsələn, qanun keşikçisi, olsaydım, o sözü deyəni canı çıxanacan döyərdim.Öldürmüsən! Həyatının yoldaşını, sevdiyini öldürmüsən –deyə - deyə ölüncə döyərdim.

Anlamıram ki, budüşüncəylə necə yaşamaq olar? Kim deyir ki, aylarla xoş söz eşitməyən, sığalgörməyən, döyülən – söyülən, xəyanət görən və s. qadın ərinə sədaqətliolmalıdı? Kim deyir? Mən xəyanətə bəraət vermirəm. Əsla! Mən heç düşüncəyə xəyanətiqəbul etmirəm. Amma...Qadın bu gün yorğundu, sənə qulluq etmək istəmir, "olmaz”deyirsən. O istirahətinə xəyanət edir. Qadın darıxır, gəzməyə getmək istəyir, səninhəvəsin yoxdur. O razılaşır, həvəsinə xəyanət edir. Qadın işləmək istəyir, icazəvermirsən, arzusuna xəyanət edir. Qadın təzə geyim istəyir, "yoxdur” deyirsən.Etmədiyin bazarlıqdan sənə süfrə açır, deyinirsən (razı qalanda sevinir) və s.Niyə özünə etdiyi xəyanətlərə görə onu qınamırsan? Hə... Ancaq sənə xəyanət etməsin.Sənin sərhədlərində qalsın-mənliyinə xəyanət etsə belə. Özünə hər gün xəyanətetsin, təki sən razı qalasan.

Nə qədərutancverici, nə qədər alçaldıcı nə qədər ürəksıxıcı yanaşmamız var. Hətta beləxəbərlərdə kişilərə bəraət verən "kişi” şərhlərinə də rast gəlmək olur. Özü dəelə alçaqca söyüşlə yazırlar ki...Xəyanət faktının həqiqiliyindən asılıolmadan, doğrunu bilmədən "əcəb edib”yazanları həbs eləmək lazımdır. Potensialqatillərdi. Və qadını öldürənlər (bu bacı, övlad da olur) bilirsiz niyə xəyanətləəsaslandırır? Çünki əmindilər onlara haqq verən tapılacaq. Əslində heç birinindəlili-sübutu olmur. Onu başqası ilə görmüsənsə, o kişini öldür ilk olaraq. Bunlarınqısqandığı kişilər hanı görəsən? Xəyanət varsa, səbəbkar da var. Bəs niyəgörünmürlər? Niyə? Onlara kəsilən hökm bəraətdirmi? Ay sizin dağılmalı kafanızdağılsın!..

Xəyanətə görəöldürmək gərəksə, qadınların çoxu qatil olmalıdır.
Düşüncəmizdə qüsur var. İki insan –ailə ciddi birgəlik problemi yaşayırsa,ayrılmalıdı. Övlad bəhanə olmamalıdı. Belə ailələrdə uşaqlar daha bədbəxtböyüyür. Daha ciddi zədələr alır. Könülün övladları kimi...
Könülsə onsuz da ruhən ölmüşdü. Əgər ölüm varsa, deməli ailədə xoşbəxtlikolmayıb. Xoşbəxt olmadığın yer bədbəxt olduğun yerdi. Bədbəxt olduğun yerdən isəvaxtında getməlisən - qaçmalısan.Yoxsa "meyitin çıxacaq” Könüllər kimi...

P.S. Hadisə 9 –cu mkr;Cavadxan küçəsində olub. İş Binəqədi Rayon Prokurorluğundadı. İnanmaqistərdim ki, qatil layiqli cəzasını alacaq.

KamaləAbiyeva


TƏQVİM / ARXİV