Ordakılar öküzün sakitləşməsini istəmirlər - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
4903 | 2022-04-04 15:02

Yəqin ki, çoxlarımız nə vaxtsa korridanı (İspaniyada keçrilən məşhur öküz /buğa döyüşləri) tv – dən izləmişik. Qısa olaraq belə təsvir etmək olar:

Qızmış bir öküzü/buğanı buraxırlar meydana və matador onu öldürməyə çalışır. Korrida iştirakçılarının sayı müxtəlif olur. Öküz matadorun üstünə cumanda isə digər iştirakçılar (torero) öküzün diqqətini özlərinə cəlb etmək məqəsdilə meydana atılır və öküzə rəngli bir şeylərər göstərərək öküzün diqqətini özlərinə çəkməyə çalışırlar. Bəziləri isə nizənin ucu ilə öküzü daha da qıcıqlandırmağa cəhd edir.

Uşaq olanda, uşaq sadəlöhvlüyü ilə atamdan soruşardım ki, bunlar öküzü niyə hirsləndirlər? Meydandan çıxsınlar, öküz ora-bura vurnuxub sakitləşəcək də. Atam da deyirdi ki, bala, bunlar öküzün sakitləşməsini istəsələr belə edərlər. Ancaq ordakılar öküzün sakitləşməsini istəmirlər, ona görə də hərəsi bir tərəfdən öküzü qıcıqlandırırlar.

Böyüdükcə baxdım ki, həyat çox vaxt elə korrida kimidir; bəzilərinin əlində “rəngli paçalar”, bəzilərində “nizələr” və bunlar oyunun iştirakçılarıdır, aralarında yaxşı pul qazananlar da var. Aldıqları “yaralar” da onlar üçün sadə bir şeydir. Ancaq “qızmış öküz(lər)” bəzən qurulmuş sədləri aşaraq camaatın (izləyicilərin) də üstünə cumurlar. Mənə elə gəlir ki, bəzən sədlər bilərəkdən zəif qurulur ki, tamaşa daha da maraqlı olsun.

P.S. Siyasətlə heç bir əlaqəsi yoxdur və bu da olsun “elə-belə” silsiləsindən

Vüqar Abbasov. Niderland.

TƏQVİM / ARXİV