adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Çomaq əhvalatı - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2067 | 2022-08-05 14:45

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında deyib.ki, bu gün 10 noyabr 2020-ci il bəyanatını öz qələbəsi sayan Azərbaycan Ermənistanın öhdəlik götürməsindən danışır. Bəli, biz öhdəlik götürdük və hər şeyi yerinə yetirdik.

Sonra da başlayıb ki,Azərbaycan da “götürdüyü öhdəlikləri” yerinə yetirsin, sözünə əməl eləsin:”Bəs Azərbaycan da əvvəlcə “Dağlıq Qarabağ”ın (red: separatçı rejimi) mövcudluğunu tanımalıdır, sonra Qarabağda “təmas xəttinin” mövcudluğuna hörmət etməlidir, bir də Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin mövcudluğuna hörmətlə yanaşmalıdır. Uzun sözün qısası, bir qucaq iddialı yalan, böhtan, şər...

 

Xəstə və loğman

 

 Yadıma bir əhvalat düşdü, yeri gəlib, gərək yazam... Deməli, ucqar bir kənddə bir kişi yaşayırmış bunun da bir səydəş, ağzının sözünü bilməyən, yerini, davranışını anlamayan bir oğlu varmış. Uşaq nə qədər ki, balacaymış ata fikirləşirmiş ki,  yekələndə düzələr, sözünün, danışığının , hərəkətinin yerini bilər. Uşaq yekəlir, yekə kişi olur. Amma nə düzəlir, nə də ağıllanır.

Oğlu hara gedir, harda danışır, kişi el içində biabır olur, xəcalət çəkir. Düşünür ki, oğlunu bir loğman yanına aparsın! Soraqlayır, soraqlayır. nəhayət uzaq bir kənddə bir loğman olduğunu eşidir. Oğlunu götürüb gedir onlara.

 Təbii ki, loğmanın yanında xeyli xəstə olur. məcburən ata-bala gözləməli olur. Oğulun hövsələsi çatmır başlayır gic-gic danışmağa: Həkim, sən heç ömründə xəstə sağaltmısan, ya elə bura sağalmağa gələnlərin başını qatırsan? Aldadırsan?

 Loğman çəp-çəp oğlana baxır, işi ilə məşğul olur. Oğlan yenə susmur: Həkim indi sənin o düzəltdiyin o məlhəm, bu şikəstə xeyir edəcək? Onun qolu düzələcək?Ə, bu camaatı dolamısan, bir boşqab balla, bir limon nə vaxtdan adam sağaldan olub?

 Loğman  astadan deyir: Bala səs eləmə, qoy xəstələrimi müayinə, müalicə edim...

 Oğlan birazdan yenə loğmana suallar yağdırmağa başlayır: Yox ee, düzünü de, bu ölümcül xəstəni sağalda biləcəksən ki? A kişi sən Allahsan ki? Əşşi camaatın başına corab hörmə...

 Loğman bu dəfə necə əsəbləşirsə rəngi qıpqırmızı olur. amma təmkinini pozmur. Xəstələrin hamısını yola salandan sonra ataya deyir sən çöldə dur , mən sənin oğlunu içəridə müayinə edim.

Loğman oğlanı salır otağa əlinə alır nar çubuğunu, nə yemişən turşulu... Oğlanı o ki var döyür, arabir də soruşur, bir də lazımsız suallar verəcəksən?

- Yox həkim yox, vurma..

- Bir də başqasının işinə qarışacaqsan?

 Yox həkim qurban olum vurma... yox,

-Bir də, səndən kimsə söz soruşmayana qədər danışacaqsan?

-Həkim vallah yox...

Day oğlanın canında sağ islahat qalmır.

Loğman oğlanın atasına deyir ki, oğlunu müalicə eləmişəm, gəl apar evinə... Ata girir otağa ki, oğlunun hər tərəfi gömgöydü, nar çubuğunun da yerindən qan sızır: Ay loğman bunu niyə bu günə qoymusan-deyir. Loğman da cavab verir  ki, vallah bu xəstəliyin müalicəsi belədi. 30 gündən sonra gətir görüm müalicə təsirini necə göstərir?

30 gündən sonra ata yenə oğlunu gətirir loğmanın yanına... Xəlvətcə keçir loğmanın otağına deyir ki, müalicəniz yaman təsir eləmişdi, oğlum 10 gün səsini çıxartmadı. yataqdan qalxandan sonrada arabir danışdı... İndi düz bir həftədi yenə dil boğaza qoymur. səni qaralayır, mənə söyür, qabağına kim çıxdı ona söyür...  Loğman deyir çağır otağa..

Oğlan içəri girir elə istəyir ki, ağzını açıb nəsə desin... loğman əlinə alır palıd ağacından olan çomağı bunu buduyur,  sürüm-sürüm süründürür... oğlanı o qədər döyür ki, oğlan ağzının-burnunun qanını yığıb-yığışdıra bilmir.

 Oğlan bir təhər nəfəsi kəsilə-kəsilə soruşur ki, ay həkim, məni niyə öldürürsən?

Loğman: Keçən dəfə xəbərdarlıq elədim ki,  sözünün, hərəkətinin yerin bil.   Bilmədin! Bu da ikinci dəfədir!Yenə xəbərdarlıq edirəm, sözünün hərəkətinin yerini bil! Bu dəfə də sözünün hərəkətinin yerini bilməsən,  bax bu palıd ağacından olan çomaq var haaa, başı toppuzlu...

    Oğlan bir çomağa baxır, bir onun toppuzuna,,, tələsik loğmanın sözün kəsir: - Həkim Allah haqqı başa düşdüm, bu gündən sonra sözümün də, hərəkətimində  yerini biləcəyəm.

 

Nəyə gətirirdim sözümü?

 

 Paşinyan  getdi Şuşada (2020 may) parad keçirdi, rəqs elədi, içdi-kefləndi ağzına. ağlına gələni danışdı. Azərbaycanın “loğmanları” Paşinyanın da onun terrorçu dəstəsinin də (2020 sentyabr) “dərsini ”verdi.  Sentyabr dərsindən dərs götürməyən Paşinyan və komandasının növbəti “dərsi” də (2021 noyabr) aldı. Deyəsən , heç noyabr dərsi də bunlara yaxşı təsir göstərməyib. İnşallah gələn   “dərs” qaldı palıd ağacından düzəldilmiş “çomağın ” növbəti dəfə dövriyəyə qoşulmasına. Yəni Paşinyan özü tələb edir haaa...

Allah ordumuza kömək olsun!

 Əntiqə Rəşid

TƏQVİM / ARXİV