Qəzzada bir həftədə 270-dən çox uşaq həlak oldu

173 | 2025-03-25 20:46

İsrailin hava hücumları nəticəsində yalnız bir həftə ərzində 270-dən çox fələstinli uşaq həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə beynəlxalq humanitar təşkilat olan "Save the Children" məlumatında deyilir.

Təşkilat bu hücumların Qəzzadakı humanitar böhranı daha da dərinləşdirdiyini qeyd edib.

Bildirilir ki, martın 2-dən İsrail hökuməti Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırdığı üçün bölgədəki vəziyyət daha da çətinləşib.

Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlar nəticəsində 2 milyon 300 min əhalisi olan Qəzza zolağında təqribən 2 milyon insan evlərini tərk edərək didərgin düşüb. Mülki infrastruktura və xəstəxanalara edilən zərbələr bölgədə geniş humanitar fəlakətə səbəb olub.

TƏQVİM / ARXİV