adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

QIZILDƏRİLİLƏR

SEYFƏDDİN ALTAYLI
51488 | 2019-04-19 17:51

"Yaxşılıqetmək və fənalıqdan imtina etməkdə bir-birinizə əl tutun, günah işləmək və düşmənçiliküçün əlbir olmayın, Allahdan qorxun, şübhəsiz ki onun cəzası dəhşətlidir”.

          

           Maidəsurəsi, II ayə


Bizimmüqəddəs kitabımız bunu əmr edib, millət olaraq onun buyruğuna uymuşuq, uyuruqvə uyacayıq. İslam dininin gəlməsindən minlərlə il əvvəl ulu babalarımız buminval üzrə hərəkət ediblər, yəni İslam dini enməmiş onlar ilahi əmrlərəuyublar. Bizlər də onların yolu ilə gedirik, gedəcəyik. Millət olaraqböyüklüyümüz də bundandır. İslam dini isə Peyğəmbər zamanındakı və ya onun həyatakeçirdiyi İslam olmaqdan çıxıb, çünki bugün müsəlmanların öz dinlərinilayığınca başa düşməyi və ona uymağı sual altındadır.

Cenovalıkaşif Kristof Kolumb 12 oktyabr 1492-ci il tarixində Nina, Pinta və Santa Mariaadlı gəmiləriylə Amerika qitəsinin San Salvador sahillərinə yan aldığındaonları Arawaq adlı qızıldərili tayfasının mənsubları qarşılamışdı.Onlarıninamına görə ilahlar saqqallı idi və tamamı dənizdən gəlmişdi. Bu səbəbləKolumbun saqqallı adamlarını gördükdə onları ilah zənn etdilər, həyəcanla dənizətullanıb onları salamlayaraq qarşıladılar. Sahilə ayaq qoyan hər bir saqqallınıəziz qonaq bilərək öz azuqələrini ikram etdilər. Silah nədir bilmirdilər,yalnız qız-qadınların qulaqlarında qızıl sırğaları vardı. Kolomb hər Avropalı səyyahkimi qeydlər götürür, dəftərinə hər bir detalı qeyd edirdi. İspaniyayaqayıtdığında kraliçaya səfəriylə bağlı bir arayış təqdim etdi. Orda bunlarıyazmışdı:

"Zati-alilərinəand içirəm ki, bu insanlar kimi mülayim, sülhsevər bir xalq dünyada yoxdur.Qonşularını özləri qədər sevirlər. Danışıqları həddən artıq ürəyəyatan, şirin vənəzakətlidir. İnsanlarladanışarkən daim gülümsəyirlər. Çılpaq dolansalar da əxlaqlıdılar və hərəkətlərihər cürə mədhə layiqdir, çünki çox tərbiyəlidilər, çılpaqlıqları da mədəniyyətlərindəndir.Onlara qılınclarımızı göstərdik, ilk dəfə bu cür silahları gördükləri hər hərəkətlərindənaydın idi. Bəziləri qılıncın kəskin tərəfini tutduqda əlləri kəsildi. Nə bir məzhəblərivar, nə də bütə tapınırlar. Bir-birlərini öldürmək, oğurluq, qarət nədirbilmirlər. Həddən artıq əliaçıqdırlar. Hər hansı birinin əlindəki şey onun üçünəziz olsa da üzünə salıb istəsən o dəqiqə təqdim edir.

Mənə görə buinsanların işlədilməsi, əkin-biçin işinə qoşulması və Avropalıların adət-ənənələrinimənimsəməsi labüddür."

Kolumb Amerikayaayaq qoyduğu vaxt qitədə 70 milyon qızıldərili yaşayırdı, hətta artıqdı. Acgöz,həris, qatil Avropalılar bu bakir qitəyə üz tutdular. Həbsxanalarda nə qədərcinayətkar, küçələrdə nə qədər alkoqolik, ac-yalavac, pozğun qadın və ya kişi varsa gəmilərə mindiribAmerikaya axışdılar, hərislər də ən başdı və yanlarında hər cürə silahları. Qitəyəayaq basar-basmaz soyqırıma başladılar. Qızıl və qiymətli daşlar axtarmaq üçünkəndləri qarət etdilər, evlərə od vurdular, qadınları, qızları zorladılar.Onlara müqavimət etmək istəyən kişiləri qulaqlarını kəsib başlarının dərisiniüzdülər, min bir işgəncə ilə qətlə yetirdilər. İşlədilə biləcək kişiləri tutubgəmilərə dolduraraq Avropaya gətirib qul bazarlarında satdılar. SoyqırımlardaKatolik keşişlər də iştirak etdi.

Las Casas adlıAvropalının qeydləri: "Mən Kubada olduğumda üç ayda yeddi min uşaqöldürüldü. Özlərinə edilən zülmə dözə bilməyən qadınlar uşaqlarını çaydaboğurdular. Kişilər mədən çıxarmada, qadınlar ağır işlərdə işlədilirdi".

Massachusəttskörfəzi bölgəsinin ilk valisi John Wintropun qeydləri: "Qızıldərililəriyandırırdıq. Onların atəşdə cızırtıyla yanıb külə dönməsi əsnasında oda tökülənqanı gördükdə insan dəhşətə gəlir. Öldürdüyümüz insanların meyidləri vəonlardan yayılan qoxu çox pis olsa da, onlara qarşı zəfər çalmağımızın ləzzətiözgə idi. Bizlərə fövqəladə köməklik edən və bu qürurlu düşmənlərimiz qarşısındabu qədər qısa müddətdə zəfər çalmağımıza rüxsət verən Tanrıya təşəkkürlərimizibildiririk".

Plymouth vilayətininvalisi William Bradfordun qeydləri: "Qızıldərililəri məhv etmək xeyirsizheyvanları öldürmək kimi bir şeydir".

Qızıldəriliqadınları uşaq doğduğunda çağanın ağzını yumur və ağlamasına mane olurdu, müəyyənzaman gözləyir sonra əlini çəkib uşağın nəfəs almasına fürsət yaradır sonra təkrarəli ilə ağzını yumurdu. Çünki ağlasa və eşidilsə Avropalılar gəlib bir-birləriilə uşağı nə qədər uzağa tullaya biləcəkləri haqda yarışa girişəcəkdilər.Qızıldərililərin dünyaya gəldikdə ilk öyrəndikləri dərs ağlamamaqdı. Ağ dəriliAvropalıdan qaçarkən qundaqdakı çağanın ağlaması onun və anasının məhvianlamında idi.

Bəli, bugünqızıldərililərin sayı təqribən iki milyon qədərdir. Deməli XV əsrdə yetmişmilyon olan bu xalqın qəribə bir xisləti var, buxarlanırmışlar ey...

Bir qeyd dəbizim babalarımızdan:

QəznəviMahmud bir Tacik qəsəbəsini tutur. Aradan bir həftə keçdikdən sonra axşam çağıcavan bir tacik gəlib onunla görüşmək istəyir. Cangüdənlər xaqanın otağına onuburaxmırlar və qalmaqal yaranır. Xaqan səsi duyub otaqdan çıxdıqda cangüdənlərdayanır, tacik də hörmətlə əllərini qovuşdurub, "Xaqanım sizinlə məxfisöhbətim var bunlar icazə vermir" dedikdə xaqan Mahmud onu otağa qəbuledir.

Tacik;"Ey ulu xaqan siz buranı tutduqdan bir neçə gün sonra bu boyda bu buxundabir əsgəriniz azan çağı evimizə gəldi, bu orucluğun günündə məni evdən qovdukörpə balamız və yoldaşımla xeyli içəridə qaldı sonra da çıxıb getdi. Müəyyəngünlərdə gəlir və həmin hərəkəti edərək məni evimdən qovub çıxarır yoldaşımlaqalır".

Xaqansarsılır və ona deyir ki, "O əsgər haçan gəlsə dərhal gəlib mənə xəbər verəcəksən".Sonra da eşiyə çıxır və onu cangüdənlərinə göstərib, "Bu tacik haçan gəlsəo saat otağıma qəbul edin!" deyə əmr edir. Aradan üç gün keçdikdən sonratacik qaçaraq özünü Qəznəvi Mahmudun otağına salır: -Ulu xaqan o əsgər indievimdədir.

Xaqanotağından çıxır və sayseçmə əsgərlərindən on-onbeşini götürür, məşəlləri yandırıbyola düşürlər. Xaqan tacikə deyir ki, evinə iki üç yüz metr qalmış mənə xəbərdarlıqet. Evə o qədər məsafə qaldıqda tacik, "Çatırıq ulu xaqan" dedikdəxaqan məşəlləri keçirtdirir. Səssizcə evə yaxınlaşırlar və ani bir basqınla içərigirib əsgəri cəhənnəmə vasil edirlər. Xaqan məşəli yandırdır və üzüqoylu düşübqanına qəltan olan əsgəri arxası qatta çevirib məşəli əyilib üzünə tutur sonrasəcdəyə enib, "Ya Rəbb sənə şükürlər olsun" deyir. Sonra da evin gəlininəbuyurur ki, "Bala mənə çörək və su gətir". Gəlin evdə nə varsa gətiriroturub biraz çörək yeyir, su içir, əsgərləri də, tacik də, yoldaşı da heyrətləona tamaşa edir. Tacik onun səmimiyyətinəarxalanıb soruşur: "-Ey ulu xaqan bu hərəkətlərin mənasını başa düşə bilmədikvə heyrət içindəyik, niyəsini bizə desəydiniz". Qəznəvi Mahmud ona üzünütutub bunları deyir: "Sən gəlib mənə o məsələni danışdıqda və əsgəri təsviretdikdə oğluma oxşadı. O gündən bəridir dilimə çörək dəymədi, çünki mənimordumda o işi görəcək biri olmamalıdı, xalq olaraq bizim qeyrətimiz bu cür şeylərigötürməz. Oğlum da olsa o ölməliydi. Ona görə mən məşəlləri evə az qalmışsöndürtdüm ki, əgər o mənim oğlum olarsa atalıq hissim onu öldürməyə manəolmasın. Qaranlıqda basqın verib bu ədəbsiz alçağı məhv etdik. Öldürdükdənsonra məşəli yandırdıb üzünə tutduğumda oğlum olmadığını gördüm və oğlumolmadığına görə Tanrıma şükr etdim. Bizlərin ocağından bu cür əxlaqsızlarçıxmamalıdır. Çörək su istədim çünki üç gündür ac-susuz idim.

Bəli bu gündünyanın ən insansevər, ən demokratik, bəşər hüquqlarına dəyər verən insanlarıAmerikalılar və Avropalılardır!!!

TƏQVİM / ARXİV